Əsas Səhifə > Ölkə > BAKIDA BÖYÜK OĞURLUQ

BAKIDA BÖYÜK OĞURLUQ


5-12-2011, 12:32
BAKIDA BÖYÜK OĞURLUQ

QADIN OĞRU MƏNZİLDƏN 120 MİN DOLLAR APARIB

Bakıda evdən külli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən bildirilib.

Nəsimi rayonu Salamzadə küçəsi, ev 53, mənzil 29-da yaşayan Xəyal Verdizadənin mənzilinə daxil olan naməlum şəxslər, evdəki seyfdən 63 min manat (təxminən 80 min dollar) və 37 min ABŞ dolları oğurlayıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərdən biri, 31 yaşlı Pərvanə Paşayeva tutulub.

Digər şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir.


Geri qayıt