Əsas Səhifə > Ölkə, Manşet > DAHA BİR MƏMURUN AĞIR XƏSTƏ OLDUĞU DEYİLİR

DAHA BİR MƏMURUN AĞIR XƏSTƏ OLDUĞU DEYİLİR


16-04-2013, 15:19
DAHA BİR MƏMURUN AĞIR XƏSTƏ OLDUĞU DEYİLİR
AYDIN ƏLİYEV AMERİKADA MÜALİCƏ KURSU KEÇİB

DİA.AZ: - Dövlət gömrük komitəsinin sədri Aydın Əliyev tutduğu vəzifədən azad edilə bilər. Bu barədə DİA.AZ-a bilgili qaynaqlar məlumat yayıb. Məlumatda deyilir ki, Aydın Əliyev xeyli müddətdir səhhətində problemlər yaşayır.

Mənbənin iddia etdikləri: “Neçə müddətdir ki, DGK şefinin sağlıq durumunda problemlər var. Hətta bu səbəbdən dəfələrlə müailcə də alıb. Sonuncu dəfə Aydın Əliyev ABŞ-da müalicə aldı və okeanın o tayında məşkur klinikaların birində onu səhhətindəki problemlər səbəbindən 2 həftə xəstəxanada saxlanıldı”.

Redaksiyamıza məlumatı verən mənbə iddia edir ki, Aydın Əliyevdə kəskin mədə ağrıları var və hətta on iki barmaq bağırsağı ilə mədənin bitişəcək hissədində yaranmış yaradan əziyyət çəkən DGK şefinə cərrahiyyə əməliyyatının olunması da məsləhət görülüb: “Amma Aydın Əliyev buna razı olmayıb və müalicə yolu ilə səhhətindəki problemləri yoluna qoymağa çalışır”.

Geri qayıt