Əsas Səhifə > Partiya > İCTMAİ PALATADA MƏTBAUAT AZADLIĞI MÜZAKİRƏSİ

İCTMAİ PALATADA MƏTBAUAT AZADLIĞI MÜZAKİRƏSİ


16-04-2013, 13:09
İCTMAİ PALATADA MƏTBAUAT AZADLIĞI MÜZAKİRƏSİ
İP DİNLƏMƏLƏRƏ HAZIRLAŞIR

Aprelin 17-də saat 12-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın İnsan Haqlarını Müdafiə Komitəsinin təşkilatçılığı ilə yeni ictimai dinləmə keçiriləcək. Komitənin koordinatoru Vidadi Mirkamalın verdiyi məlumata görə, ictimai dinləmə son vaxtlar mətbuata basqıların artmasına, müstəqil mövqeli qəzetlərin, əsasən də “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin cərimələnməsinə həsr olunub: “Biz istəyirik ki, seçki ilində hakimiyyətin və ayrı-ayrı məmurlara yaxın şirkətlərin azad medianı cərimələtdirib sıradan çıxarmağa çalışması ictimai müzakirəyə çıxarılsın. Eyni zamanda beynəlxalq təşkilatların diqqətinə çatdırılsın. Bunun üçün 17 apreldə keçirəcəyimiz dinləmələrin mühüm əhəmiyyəti var. Arzu edirik ki, bu ictimai dinləmələrdə qəzetlərin rəhbərliyi, jurnalistlər, hüquq müdafiəçiləri aktiv iştirak etsinlər. Eyni zamanda Mətbuat Şurasının dinləmədə təmsil olunmasını istəyirik. Mətbuat Şurasına buradan müraciət edirik ki, medianın problemlərinə həsr olunmuş tədbirdə iştirak etsinlər”.
V.Mirkamal dinləmələrin yekununda mətbuatın müdafiəsi və yaranmış vəziyyətlə bağlı bəyanat qəbul olunacağını da məlumat verdi.

Geri qayıt