Əsas Səhifə > Cəmiyyət > ƏLİ ABBASOV VƏD VERDİ

ƏLİ ABBASOV VƏD VERDİ


5-12-2011, 11:44
ƏLİ ABBASOV VƏD VERDİ

““CATEL” ŞİRKƏTİ TEZLİKLƏ FƏALİYYƏTİNİ BƏRPA EDƏCƏK”

Bir neçə aydır öz fəaliyyətini dayandıran “CATEL” şirkətinin fəaliyyətinin qısa müddətdə bərpası prosesinə dövlət operatorları da qoşulub. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda BTRİB və “Aztelekom”la, eləcə də “Azerfon” mobil operatoru ilə “CATEL”in fəaliyyətinin qısa müddətdə bərpası üçün aparılan danışıqlar davam edir: “Bu sahədə işlər daha da intensivləşib ki, problem tezliklə aradan qaldırılsın”.

Qeyd edək ki, Azərbaycanın ilk CDMA operatoru “CATEL” şirkəti “Caspian American Telecom LLC” adı altında 1997-ci ildə ABŞ-ın “Omni Communications” konsorsiumu tərəfindən Azərbaycanda qeydiyyatdan keçib. 1999-cu ildən fəaliyyətə başlayan şirkət abonentlərinə simsiz və mobil rabitə xidmətləri göstərib. “CATEL”in bütün səhmləri 2008-ci ildə tam özəlləşdirilib. Bu ilin aprel ayında şirkətin fəaliyyəti texniki nasazlıqlar səbəbindən dayandırılıb.


Geri qayıt