Əsas Səhifə > Dünya > YAP-ÇILAR RUSİYADA DA “GÜL VURDULAR”

YAP-ÇILAR RUSİYADA DA “GÜL VURDULAR”


4-12-2011, 18:16
YAP-ÇILAR RUSİYADA DA “GÜL VURDULAR”

BİZİM MÜŞAHİDƏÇİLƏRİMİZ DUMAYA SEÇKİLƏRİ BƏYƏNİBLƏR

Rusiyada keçirilən parlament seçkilərinə beynəlxalq müşahidə missiyasına daxil olan azərbaycanlı deputatlar Azay Quliyev və Eldar İbrahimov səsvermənin RF-nın qanunvericiliyinə uyğun olaraq keçirildiyini deyirlər. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğun mətbuat xidmətində bildiriblər.

Belə ki, müşahidə qrupun üzvləri, deputatlar Azay Quliyev və Eldar İbrahimov Sankt-Peterburqun Lomonosov, Petrodvorets rayonları üzrə 16 seçki məntəqəsini ziyarət etmişlər. Müşahidəçilərin dediyinə görə, seçkilər RF-nın qanuna uyğun qaydada keçirilir, qanun pozuntuları müşahidə olunmamışdır. Seçki məntəqələri rayon məktəblərinin binalarında yerləşir, AR-nın seçki qanunvericiliyindən fərqli olaraq polis əməkdaşları məntəqənin daxilində yerləşdirilmişlər.

Dekabrın 4-də Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərin gedişini izləmək məqsədi ilə MDB Parlament Assambleyası və ATƏT Parlament Assambleyası xətti ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatları beynəlxalq müşahidə missiyası daxilində Sankt-Peterburq şəhərinə ezam olunmuşlar.


Geri qayıt