Əsas Səhifə > Şou-biznes > “SEVİNİRİK Kİ, BİZİ XARİCDƏ DƏ QİYMƏTLƏNDİRİRLƏR”

“SEVİNİRİK Kİ, BİZİ XARİCDƏ DƏ QİYMƏTLƏNDİRİRLƏR”


4-12-2011, 17:45
“SEVİNİRİK Kİ, BİZİ XARİCDƏ DƏ QİYMƏTLƏNDİRİRLƏR”

RİQADA İFAÇILARIMIZA MÜKAFAT VERİLİB

AzərTAc xəbər verir ki, Latviyanın paytaxtındakı “Riqa arenası”nda OE televiziya kanalı növbəti illik təltifetmə mərasimi və “ОЕ VIDEO MUSIC AWARDS 2011” qala-konserti keçirmişdir.

Latviya, Rusiya, Ukrayna, Finlandiya, İsveç və Estoniyadan 20-dən çox ifaçının qatıldığı konsertdə “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri - Eldar Qasımov və Nigar Camal da iştirak etmişlər. Azərbaycanlı ifaçılar “Birlik ölkələrində Best International Video (CIS)” nominasiyasında “ОЕ VIDEO MUSIC AWARDS 2011” mükafatı ilə təltif olunmuşlar. Mərasimdə Eldar Qasımov və Nigar Camal məhəbbət haqqında “Running Scared” balladasını ifa etmişlər.

Azərbaycan təmsilçiləri AzərTAc-ın müxbirinə müsahibəsində bildirmişlər: “Sevinirik ki, bizi təkcə Vətəndə deyil, xaricdə də sevirlər və qiymətləndirirlər. Həmvətənlərimizin bizi hərarətlə qarşılaması son dərəcə xoş idi”.

“Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçirilən milli seçim turundan danışarkən Eldar Qasımov və Nigar Camal turun ilk həftəsini müşahidə etdiklərini vurğulamışlar. Nigar Camal bildirmişdir: “İstərdik ki, layiqli ifaçı qələbə çalsın. Azərbaycanı xeyirxah, səmimi niyyətləri olan, ilk növbədə ölkəmizin mənafeyini düşünən bir insan təmsil etsin”.


Geri qayıt