Əsas Səhifə > Ölkə, Manşet > ELDAR NAMAZOVA RUSİYADAN PUL ÖTÜRÜLÜB

ELDAR NAMAZOVA RUSİYADAN PUL ÖTÜRÜLÜB


15-04-2013, 11:31
ELDAR NAMAZOVA RUSİYADAN PUL ÖTÜRÜLÜB
"EL" HƏRƏKATINA 2 MİLYON PULU KİM ÇATDIRIB?

DİA.AZ: - Son zamanlar üçüncü qüvvə kimi iddia olunan EL Hərəkatı ilə bağlı mediada müxtəlif müzakirələr aparılır. Bununla bağlı yayılan xəbərlərdə EL Hərəkatının Rusiya tərəfindən dəstəkləndiyi də iddia olunur. Rusiyadakı Azərbaycan Diasporasından EL Hərəkatı ilə bağlı maraqlı məlumat daxil olub. DİA.AZ bildirir ki, bu barədə xəbəri Moderator.az portalı yayıb.

Sayta verilən məlumatda qeyd olunur ki, EL Hərəkatının yaradılması təşəbbüsü Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (RATİ) təsisçilərindən olan Söyün Sadıqovdan gəlib. Məlumatda qeyd olunur ki, Azərbaycan Rusiya münasibətlərində yaranmış gərginlikdən sonra prezident Vladimir Putin Bakıdakı Rusiya meyilli qüvvələrin mövqeləri ilə maraqlanıb. Bununla bağlı Vladimir Putinin yanında Rusiyanın Azərbaycandakı səfiri Doroxin Vladimir Dmitriyeviç və Söyün Sadıqovun birgə müzakirələri olub. Müzakirələr zamanı Eldar Namazov barəsində Rusiya prezidentinə məlumat verilib.

Bu müzakirələrdən sonra Azərbaycanda yeni siyasi qüvvənin yaradılması üçün Eldar Namazova Söyün Sadıqov vasitəsi ilə 2 milyon dollar məbləğində vəsait verilib.

Eldar Namazovun EL Hərəkatı üçün böyük maliyyə aldığını Azərbaycandakı mənbələr də təsdiqləyir. Belə ki, Namazov ayrı-ayrı nüfuzlu şəxsləri EL-ə dəvət edərkən onlara yüksək əmək haqqı da təklif edir.

Xəbərə aydınlıq gətirmək üçün Eldar Namazovun mobil telefonuna etdiyimiz zənglər cavabsız qaldı.

Geri qayıt