Əsas Səhifə > Siyasət, Manşet > ELMAR VƏLİYEVƏ QARŞI GƏNCƏDƏ SAHİBKAR ETİRAZI

ELMAR VƏLİYEVƏ QARŞI GƏNCƏDƏ SAHİBKAR ETİRAZI


15-04-2013, 10:29
ELMAR VƏLİYEVƏ QARŞI GƏNCƏDƏ SAHİBKAR ETİRAZI
İCRA BAŞÇISINA ETİRAZ OLARAQ VƏRƏQƏ YAYILDI: ONA VAXT VERİLDİ

DİA.AZ: - Gəncə şəhərinin mərkəzində ötən gün vərəqələr paylanılıb. Şəhər sakinlərindən aldığımız məlumata görə, vərəqələri paylayan şəxs Elmar Vəliyevdən şikayətcil olub: “Vərəqələrdə icra başçısı tərəfindən sahibkarların incidilməsi, özbaşınalıqlar qeyd edilib. Üstəlik Elmar Vəliyev öz siyasətini dayandırmayınca Quba, İsmayıllı olaylarının burada da təkrarlanacağı qeyd edilib”.

Vərəqələrin kimin payladığını bilməyən qaynağımız sonda bildirdi ki, anolpji hadisə keçən il də yaşanmışdı: “İndi isə Elmar Vəliyevin istefası da açıq şəkildə tələb olunur. Və icra başçısına 10 May tarizinə qədər vaxt verilib ki, əgər sahibkarlardan tələb olunan aylıq puldan imtina edilməzsə, o zaman icra başçısının devrilməsin üçün gəncəli iş adamları şəhər sakinlərini küçələrə tökəcəklər”.

Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq...

12:26
“ELMAR VƏLİYEVİN SAHİBKARLARLA PROBLEMİ YOXDUR”

Az əvvəl məlumat verərək bildirmişdik ki, Gəncədə sahibkarlar icra başçısı Elmar Vəliyevdən narazılıq edirlər.

Bununla bağlı DİA.AZ-a açıqlama yollayan Gəncə ŞİH-nin mətbuat xidmətinin mövqeyində deyilir: “Verilmiş məlumat təmamilə yalnışdır. Respublikanın digər regionları kimi Gəncə şəhərində də sahibkarlara mütəmadi olaraq şərait yaradılır. Sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür kömək və dəstək göstərilir. Gəncə şəhəri İcra Hakimiyyəti Rəhbərliyi ilə yerli sahibkarlar arasında heç bir anlaşılmamazlıq yoxdur.

Bunu sahibkarlar da təsdiq edirlər. Məqalədə qeyd olunur ki, keçən il də Gəncə şəhərində belə bir hadisə yaşanmışdır. Qeyd edə bilərik ki, bu məlumat da təmamilə səhvdir. İstər yerli əhali, istərsə də yerli sahibkarlar onlara yaradılan şəraitə görə daim razılıqlarını bildirirlər. Eyni zamanda Gəncə şəhəri İcra Hakimiyyətinin veb-saytında şikayət, təklif və ərizə yazmaq üçün şərait yaradılıb. Lakın bu bərədə Gəncə şəhəri İcra Hakimiyyətinə elektron, yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır”.

Geri qayıt