Əsas Səhifə > Hadisə > ATA VƏ OĞUL QƏZADA CANLARINI TAPŞIRDILAR

ATA VƏ OĞUL QƏZADA CANLARINI TAPŞIRDILAR


15-04-2013, 09:46
ATA VƏ OĞUL QƏZADA CANLARINI TAPŞIRDILAR
AĞSTAFADA AĞIR YOL QƏZASI

Ağstafada ağır yol nəqliyyat qəzası baş verib.

Ağstafa Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 449-cu kilometrliyində, Ağstafa rayonu ərazisində baş verib.

Ağstafa şəhər sakini, 1963-cü il təvəllüdlü Cabbar Səfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində C. Cəfərov və onun oğlu Elmar Cəfərov hadisə yerində dünyasını dəyişib. Hadisəyə ötmə əməliyyatının düzgün həyata keçirilməməsinin səbəb olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Geri qayıt