Əsas Səhifə > Şou-biznes > SƏİDƏ SULTAN: "ƏLİNİ CİBİNƏ SALSIN"...

SƏİDƏ SULTAN: "ƏLİNİ CİBİNƏ SALSIN"...


15-04-2013, 09:42
SƏİDƏ SULTAN: "ƏLİNİ CİBİNƏ SALSIN"...
MÜĞƏNNİMİZDƏN QƏRİBƏ TƏKLİF

Milli.Az xəbər verir ki, estrada müğənnisi Səidə Sultan bundan sonra adını qalmaqallarda hallandırmaq istəyən həmkarlarından pul tələb edəcək.

Maraqlı təklifi ilə diqqət çəkən Səidə ideyasının təfərrüatı barəsində bunları söylədi: "Əfsuslar olsun ki, indiki zamanda müğənnilərimiz oxumaqdan çox danışmağa üstünlük verirlər. Süni qalmaqallar yaradıb gündəmdə qalmaq get-gedə adiləşir. İnanın, bu, heç də tamaşaçılara maraqlı deyil. O, danılmaz faktdır ki, yalançı davalara çox vaxt məni sürükləmək istəyirlər.

Hərdən cavab verib, söz atanları yerlərində oturdurdum. Fikrimi qətiləşdirib belə qərar aldım ki, bundan sonra hansısa sənətçi adımı qalmaqalda hallandırmaq istəsə, zəhmət çəkib öncədən əlini cibinə salsın. Tam səmimi sözümdür, pul versin, necə lazımdırsa, cavablarını verim. Hələ ki, konkret məbləğ təyin etməmişəm. Yaxın günlərdə bunu da açıqlayaram. Bu addımı ona görə atıram ki, sırf sənətimlə gündəmdə olmağın tərəfdarıyam. Ümidvaram ki, sözlərim lazımi ünvanlara vaxtında yetişəcək".

Geri qayıt