Əsas Səhifə > Sosial, Manşet > FƏRHAD ƏLİYEV AZADLIĞIN BƏDƏLİNİ NECƏ ÖDƏYİR?

FƏRHAD ƏLİYEV AZADLIĞIN BƏDƏLİNİ NECƏ ÖDƏYİR?


15-04-2013, 09:36
FƏRHAD ƏLİYEV AZADLIĞIN BƏDƏLİNİ NECƏ ÖDƏYİR?
KEÇMİŞ NAZİRLƏ BƏRABƏR ONA YAXIN OLAN ŞƏXSLƏR DƏ AZADLIĞA ÇIXIR

DİA.AZ: - Bu günlərdə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı daha bir məlumat yayıldı və xəbərdə bildirilirdi ki, 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı həbs olunmuş keçmiş nazirin obyektlərindən növbətisi də satışa çıxarılıb. Qeyd edək ki, bu hadisə haqlı olaraq keçmiş nazirin azadlığa buraxılması üçün əlindəki əmlakdan imtina qərarı verməsilə əlaqələndirildi. Elə DİA.AZ-a daxil olan son faktlar da deyilənlərin sübutu kimi qəbul edilə bilər.

Redaksiyamıza Fərhad Əliyevlə bağlı daxil olan məlumatda bildirilir ki, sabiq İİN şefi 10 May – mərhum prezident Heydər Əliyevin doğum günü ilə əlaqədar veriləcək əfv fərmanında azadlığa çıxa bilməsi üçün əfv ərizəsini yazıb və ərizəsi artıq prezident yanında əfv komissiyasına təqdim olunub.

Onu da xatırladaq ki, bir müddət əvvəl yayılan xəbərlərdə də qeyd olunur ki, keçmiş nazir əmlakından vaz keçməklə yanaşı, həm də azadlığının müqabilində Azərbaycanı tərk etməyə də razılıq verib. Indi də eyni qərarın, anlaşmanın qüvvədə olduğunu bildirən mənbəmiz onu da əlavə etdi ki, Fərhad Əlieyvlə yanaşı həmin işlə əlaqədar həbs edilən digərlərinin də azadlığa çıxması anlaşmada nəzərdə tutulub.

Onu da bildirək ki, həbs edilənlərdən biri də Fərhad Əliyevin doğma qardaşı, “Azpetrol” Neft şirkətinin sabiq prezidenti Rafiq Əliyevdir.

Geri qayıt