Əsas Səhifə > Hadisə > GƏLƏN HƏFTƏ BAKIDA YAĞIŞ YAĞMAYACAQ

GƏLƏN HƏFTƏ BAKIDA YAĞIŞ YAĞMAYACAQ


4-12-2011, 16:47
GƏLƏN HƏFTƏ BAKIDA YAĞIŞ YAĞMAYACAQ

AMMA PAYTAXT KÜLƏK ƏNƏNƏSİNƏ SADİQ QALACAQ

Sabah Bakıda dəyişkən buludlu, əsasən yağmursuz kecəcək. Bu barədə bazar günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Axşam buludluluğun artacağı, gecəyə doğru çiskinli olacağı ehtimalı vardır. Saniyədə 8-13, gündüz isə arabir 16-20 metr sürətlə cənub-qərb küləyi əsəcək.

Temperatur gecə 1-3 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər duman olacağı gözlənilir, arabir az yağış yağacaq.

Temperatur gecə 3 dərəcə şaxtadan 2 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaqdır. Dağlıq ərzilərdə isə gecə 8-10 dərəcə şaxta olacağı gözlənilir.


Geri qayıt