Əsas Səhifə > Şou-biznes > TOLİK ƏLİ MİRƏLİYEVİ HƏDƏLƏDİ

TOLİK ƏLİ MİRƏLİYEVİ HƏDƏLƏDİ


13-04-2013, 13:16
TOLİK ƏLİ MİRƏLİYEVİ HƏDƏLƏDİ
Qalmaqallı açıqlamaları ilə şou-biznes əhlinin qara kabusuna çevrilmiş müğənni Əli Mirəliyevin tövbə etməsi prodüser Toliki yaman sevindirib. Tolik ANS TV-nin "Şoubiz" verilişinə müsahibəsində, Ə.Mirəliyevin bu qərarını yüksək qiymətləndirib: "Əslində şou-biznesin yox, Azərbaycan mədəniyyətinin gözü aydın olsun ki, Əli Mirəliyev tövbə edib. Tövbə edib ki, bundan sonra heç bir müğənni haqqında danışmayacaq, heç kimin pisliyinə-yaxşılığına danışmayacaq. Danışmayın Əli müəllim, onsuz da xalqın gözü tərəzidir. Siz o tərəzinin gözündə balaca bir daşsız. Mən istəyərdim ki, o ən azından gündəmdə mahnıları ilə qalsız."

Tolik sənətçiyə məsləhət verməyi də unutmayıb: "Əli müəllim, biz sizi çox sevirik. Allah tövbənizi qəbul etsin. Amma baxın a, tövbənin geri qapısı yoxdur. Allah sizə qənim olar, heç kimə söz atmayın. Öpürəm sizi”.

Geri qayıt