Əsas Səhifə > Partiya > MÖVSÜM SƏMƏDOVLA BAĞLI SƏNƏDLƏR AVROPAYA GEDİR

MÖVSÜM SƏMƏDOVLA BAĞLI SƏNƏDLƏR AVROPAYA GEDİR


13-04-2013, 11:31
MÖVSÜM SƏMƏDOVLA BAĞLI SƏNƏDLƏR AVROPAYA GEDİR

DİA.AZ: - AİP lideri Mövsüm Səmədov və onunla birgə həbs edilən şəxslərin işi Avropa Məhkəməsinə göndəriləcək. DİA.AZ bildirir ki, bu barədə Mövsüm Səmədovun vəkili Anar Qasımlı facebook səhifəsində məlumat yayıb.

Vəkil nəhayət ki, Ali Məhkəmənin qərarının aldığını bildirib: “Nəhayət ki, Ali Məhkəmənin qərarını aldım. Bu gündən etibarən Hacı Mövsum Səmədov və digər islamçıların işindən Avropa Məhkəməsinə şikayət hazırlamağa başlayıram. Bir ay ərzində işləri yekunlaşdırıb sənədləri Strasburqa göndərəcəm.”

Geri qayıt