Əsas Səhifə > Ölkə, Manşet > ŞAMAXANINI YENİ BAŞÇISI "KQB" AGENTİ ÇIXDI
ŞAMAXANINI YENİ BAŞÇISI "KQB" AGENTİ ÇIXDI12-04-2013, 13:20 |
ASİF AĞAYEVLƏ BAĞLI BİLGİ QITLIĞI VAR DİA.AZ: - Şamaxının yeni icra başçısı Asif Ağayevlə bağlı ilginc məlumatlar yayılıb. DİA.AZ bildirir ki, bu barədə "azeriNews.org" portalında xəbər yer alıb. Məlumatlara görə, Asif Ağayev əvvələr, SSRİ dönəmində Moskvada Dövlət Təhlükəsizlik Komitəsində (DTK) psixoloji təbliğatlar aparılması və aldadıcı manevrlərin işlənilməsi idarəsində çalışıb. Lakin sosialist imperiyası dağıldıqdan sonra Asif Ağayev Azərbaycana qayıdıb. Elə bu baxımdan da Şamaxıya yeni icra başçısı təyin olunan Asif Ağayev haqqında informasiyalar məhduddur. Yalnız o məlumdur ki, Asif Ağayev “Azərqaz” İstehsalat Birliyində təmir tikinti üzrə müavin vəzifəsində işləyib. Şamaxıya icra başçısı təyin olunana qədər isə Asif Ağayev SOCAR-ın qaz ixrac idarəsində rəis müavini vəzifəsində işləyib. Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |