Əsas Səhifə > Ölkə, Manşet > RƏSMİ BAKI İRANA QARŞI SANKSİYA TƏTBİQ EDİR

RƏSMİ BAKI İRANA QARŞI SANKSİYA TƏTBİQ EDİR


12-04-2013, 12:22
RƏSMİ BAKI İRANA QARŞI SANKSİYA TƏTBİQ EDİR
İLK HƏDƏF LEQAL İRAN KAPİTALI OLA BİLƏR

DİA.AZ: - Son günlər fars-molla rejimi ölkəmizə qarşı hücumlarını daha da intensivləşdirib. Əgər dünənə qədər Azərbaycan dövləti və dövlət rəhbərliyi ayrı-ayrı iranlı ayətullahların dili ilə hədələnirdisə, bu dəfə rəsmi dillər işə salınıb və rəsmən Azərbaycana qarşı ərazi iddiası irəli sürülür, Azərbaycan dövlətinə həqarət olunur.

Təbii ki, bütün bunların rəsmi Bakı tərəfindən qarşılıqsız buraxılması gözlənilən deyil. Elə bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən informasiyalardan da eyni qənaət formalaşır.

Redaksiyamıza verilən məlumata görə, ilk əvvəl rəsmi Bakının Azərbaycanda hələ də fəaliyyət göstərən, dünyanın bir çox ölkəsində fəaliyyəti qadağan olunmuş «İran Meli Bank»ın ölkəmizdən qovulması gözlənilir: «Artıq belə bir addımın atılması üçün müvafiq tədbirlər planı hazırlanır».

Eyni zamanda fars-molla rejiminə aid qeyri-leqal kapitalın da rəsmi Bakı tərəfindən hədəfə alınacağı gözlənilir: «Əslində bu proses xeyli müddətdir ki, davab edir. «Royal Bank of Baku» da bu qəbildən idi. Səhmdarları arasında İranın xüsusi xidmət orqanları ilə əlaqəsi olan Oromi qardaşlarının da yer aldığı «Bank of Baku»nun, həmçinin bu ailəyə məxsus «NAB» Dış Ticarətə aid «Baku Electronic»sin və həmçinin «Hyundai Auto Acerbaijan»ın da gözlənilən tədbirlər planında hədəfə çevriləcəyi şübhəsizdir».

Mənbəmiz onu da əlavə etdi ki, bu gün Bakıda oturub İran agenturasının maliyyə dəstəyilə fəaliyyət göstərən bir sıra mətbu orqanlar da müxtəlif üsullarla zərərsizləşdiriləcək.

Geri qayıt