Əsas Səhifə > Şou-biznes > HABİL ƏLİYEV YENİ MİSSİYADA

HABİL ƏLİYEV YENİ MİSSİYADA


12-04-2013, 10:38
HABİL ƏLİYEV YENİ MİSSİYADA
ONUN İSTƏYİLƏ İKİ MƏŞHUR BARIŞDI

"Rəngarəng" sənət aləmində çoxunun gözlədiyi barışığı reallaşdırdı.

Milli.Az-ın məlumatına görə, rejissor Aynurə Tahirqızı, aparıcı Zaur Nəbioğlunun birgə ərsəyə gətirdikləri “Rəngarəng” verilişi bu dəfə də öz rəngarəngliyi ilə fərqlənəcək. Çünki çəkliş zamanı aparıcı Zaur Nəbioğlunun irəli sürdüyü təklif və böyük sənətkar xalq artisti Habil Əliyevin istəyi ilə iki məşhur insanın barışığı baş tutdu. Xatırladaq ki, bu dəfə verilişdə qonaq məşhur gitara ifaçısı Rəhman Məmmədli idi.

Uzun zamandır aralarında qalmaqal yaşanan böyük səntkarların biri ilə məhz "Rəngarəng"də barışan gitara ifaçısı həmin sənətkarın evinə çəkilişlə birgə gedərək verilişin yaradıcı heyətinin və Habil Əliyevin planlaşdırdıqları bu barışığa imza atdı."Mənimlə onun arasını arada söz aparıb gətirənlər vurdu" deyən Rəhman Məmmədli ilə barışan o məşhur kimdir?

"Rəngarəng"in bu buraxılışında daha bir maraqlı nüans xalq artisti Alim Qasımovla bağlı oldu. Xatırladaq ki, gitara ifaçısının ailə üzvləri də onun barəsində danışanlar arasında idilər. "Onun ən böyük pərəstişkarı mənəm" deyən gitara ifaçısının xanımı isə verilişdə, sözün əsl mənasında, tamaşaçıların marağına səbəb olacaq çox açıqlamalar edib.

Xatırladaq ki, veriliş 12 aprel saat 21:00-da Lider TV-də yayımlanacaq. Verilişin informasiya dəstəyi Milli.Az-dır.

Geri qayıt