Əsas Səhifə > Siyasət, Manşet > İRANDAN TƏXRİBATÇI AŞURA ÇAĞIRIŞI

İRANDAN TƏXRİBATÇI AŞURA ÇAĞIRIŞI


4-12-2011, 12:53
İRANDAN TƏXRİBATÇI AŞURA ÇAĞIRIŞI

FARS-MOLLA REJİMİ AZƏRBAYCANI VƏHABİ MƏRKƏZİ HESAB EDİR

DİA.AZ: - İran hələ də Azərbaycan əleyhinə aksiyalarını davam etdirir. Bildirək ki, neçə müddətdir "Şəriət məhkumları" silsilə görüşləri keçirilir ki, bu görüşlərdə də Azərbaycan dövləti və xalqı hədəfə alınır. Dünən isə bu silsilədən beşinci toplantı keçirilib və “arannyus” portalının məluamtına görə, tədbir "Azərbaycan Respublikası şiələri Məhərrəm ayında" adı altında ilə keçirilib.

"Arannews"-in Şərqi Azərbaycan İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin ümumi əlaqələr bölməsinə istinadla verdiyi məlumata əsasən, Məhərrəm ayında Təbrizin Molla Zeynal xiyabanında yerləşən İmam Rza məscidində keçirilən bu toplantıda Ruhullah Rəşidi "Hər gün Aşura, hər gün Kərbəla" məşhur ifadəsini Aşura dərsləri süzgəcindən keçmiş şirə adlandırıb və bildirib ki, əgər biz buna inansaq, mütləq bugünkü yerimizi tapmağa çalışacağıq: “İmam Hüseyn (ə) bizə öyrətdi ki, ətrafımızda baş verənlərə qarşı gərək zaman və məkandan irəli öz vəzifəmizə əməl edək”.

Daha sonra məlumatda deyilir: “Ruhullah Rəşidi bu müqəddimə ilə Azərbaycan Respublikası şiələrinin vəziyyətinə işarə etdi və İnqilab qüvvələrinin bu regionun məsələlərinə diqqətsizliyini tənqid etdi.

Rəşidi, İran tarixindən bir hissəni bəyan edərək, "Aran" regionunun İran peykərindən ayrılmasını rus hökumətinin Aranda İran varlığına və şiələrə qarşı hərtərəfli hücum etməsinə şəraitin yaratmasına səbəb olduğunu dedi və bildirdi ki, hələ də bu rəhimsiz düşmənçilik regionda müşahidə olunmaqdadır.

Bu təbrizli jurnalist Azərbaycan Respublikasının hazırkı vəziyyətini çox qarışıq və həssas olduğunu bildirdi və ziyalılar tərəfindən bu məsələyə ciddi diqqət verilməsinin vacibliyini vurğuladı. O, bu xüsusi şərait barədə açıqlama verərək dedi: "Azərbaycanda şiə müsəlmanların çoxluq təşkil etməsinə baxmayaraq, Qafqazda vəhabilik mərkəzinə çevrilibdir. Sionizm də bu islami ölkəni özü üçün xəlvət həyat edib və hər gün öz köklərini Azərbacanın ictimai-mədəni strukturlarında bərkitməkdədir. Bura yeganə müsəlman ölkəsidir ki, "Ayati-şeytani" kitabı orada çap olubdur. Təkcə bu islami ölkədədər ki, məktəbli qızlarln öz ibtidai hicablarına belə riayət etmsinə icazə verilmir və son vaxtlar Azərbaycan xalqının dini dəyərlərinə təcavüz olunaraq, ölkə parlamenti İslam dinin təbliğini qadağan etmişdir. İmam Hüseyn (ə) əzadarlığı da məhdudiyyətlərlə üzləşibdir. Aydındır ki, belə bir vəziyyətə heç bir şiə ölkəsi dözə bilməz. Hazırda çoxlu azəri islamçı fəallar əsassız ittihamlarla uzun müddətli həbslərə məhkum olmuşdur. Bu məsələlərin bir hissəsi bizim Azərbaycan adlı mövzuya əhəmiyyət verməyimiz, ciddi yanaşmağımız üçün kifayətdir.

Əgər islami oyanışdan söhbət getsə, gərək diqqət olunsun ki, islami oyanış Qafqazda neçə illər bundan öncə islamçılıq hərəkatlarının formalaşması ilə başlayıbdır. Əgər biz bu oyanışın gedişini başa düşə bilməsək, hazırkı şəraitdə olan hüseyni vəzifəmizə əməl edə bilmərik".

O, çıxışının sonunda dedi: "Əgər imam Hüseyn (ə) məktəbinin dərslərini öyrənmişiksə, gərək dünya müsəlmanlarının, xüsusilə də Azərbaycan Respublikası şiələrinin məzlumiyyət səslərini eşidək və onların kömək fəryadlarına cavab verək. Bu surətdə Aşura və Kərbəla bizim üçün məna olunacaqdır"”.

Hər halda İranın bu kimi məlumatları yaymaqda, bu kimi tədbirləri həyata keçirməkdə hansı marağa xidmət etdiyi hər kəsə aydındır. Konkret olaraq bu məluamata gəlincə isə, yazılanların Azərbaycanda Aşura günündə qarışıqlığın salınmasına çağırış olduğu faktdır.


Geri qayıt