Əsas Səhifə > Dünya > "QIZIL OĞLAN"DAN ÇAVESİN VARİSİNƏ DƏSTƏK

"QIZIL OĞLAN"DAN ÇAVESİN VARİSİNƏ DƏSTƏK


12-04-2013, 10:17
"QIZIL OĞLAN"DAN ÇAVESİN VARİSİNƏ DƏSTƏK
MARADONA SEÇKİQABAĞI MİTİNQƏ QATILIB

Məşhur argentinalı futbolçu Dieqo Maradona hakim partiyanın Venesuela prezidentliyinə namizəd Nikolas Maduronun tərafdarlarının mitinqində iştirak edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Associated Press" agentliyi xəbər yayıb.
Bir neçə yüz min insanın qatıldığı mitinq Maduronun seçkiqabağı kampaniyasının yekun tədbiri olub. Mitinqdə iştirak edən Dieqo Maradona hakim partiyanın prezidentliyə namizədinin tərəfdarlarını salamlayıb. Sonra o, bir neçə topu imzalayaraq, mitinq iştirakçılarına tərəf göndərib. Maradona mitinq iştirakçılarının qarşısına Maduronun tərəfdarlarının rəngi hesab olunan qırmızı köynəkdə çıxıb.
Venesuelada Uqo Çavesin ölümündən sonra elan edilən növbədənkənar prezident seçkiləri aprelin 15-də keçirləcək. Uqo Çavesin özünün varisi seçdiyi Nikolas Maduro ölkə başçısı postu uğrunda müxalifətin vahid namizədi Enrike Kaprileslə mübarizə aparacaq.

Geri qayıt