Əsas Səhifə > Hadisə > BİNƏQƏDİDƏ DƏHŞƏTLİ HADİSƏ

BİNƏQƏDİDƏ DƏHŞƏTLİ HADİSƏ


12-04-2013, 10:15
BİNƏQƏDİDƏ DƏHŞƏTLİ HADİSƏ
ŞƏRƏFSİZ YARATIQ ANASININ DÖYÜB ÖLDÜRÜB

Azərbaycanda oğul anasını qətlə yetirib.

Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

Hadisə rayonun Dərnəgül qəsəbəsində yerləşən Nəsrəddin Tusi adına yataqxanada qeydə alınıb. Həmin yataqxanada məskunlaşan, Ağdam rayonundan olan məcburi köçkün, 38 yaşlı Habil Əsədulla oğlu İsmayılov anası, 74 yaşlı Suğra İsmayılovanı döyərək qətlə yetirib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən H. İsmayılov tutulub.

Polisdən həmçinin bildirilib ki, H. İsmayılov anasının başından yumruqla vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Geri qayıt