Əsas Səhifə > Sosial, Manşet > RƏSMİ MƏTBUATDA ÇALIŞANLAR ƏLİ HƏSƏNOVA QARŞI

RƏSMİ MƏTBUATDA ÇALIŞANLAR ƏLİ HƏSƏNOVA QARŞI


11-04-2013, 12:25
RƏSMİ MƏTBUATDA ÇALIŞANLAR ƏLİ HƏSƏNOVA QARŞI
«ƏLİ HƏSƏNOV MÜXALİFƏTƏ AİD XƏBƏR PORTALLARINA DA PUL AYIRIR»

DİA.AZ: - Bu gün Prezident Administrasiyası rəhbərliyindən təkcə müxalifətçilər narazılıq etmir, daha çox narazılıq hakimiyyətin elə öz mətbuatındadır. Bu qənaət redaksiyamıza ünvanlanan bir müraciətdən də anlaşılır. Xatırladaq ki, hələ xeyli əvvəldən Prezident Administrasiyasının rəsmi orqanı olan «Respublika» qəzetinin rəhbərliyi ilə PA arasında gərgin münasibətlərin olması barədə xəbər vermişdik. Bu gərginliyin nəticəsidir ki, «Respublika» qəzeti rəsmən dövlət qayğısından mərhum edilməklə yanaşı, qəzetin abunə sahəsində də ciddi problemləri mövcuddur.

DİA.AZ-a daxil olan müraciətin müəllifləri bildirirlər ki, onlar rəsmi mətbuatda çalışırlar və son zamanlar ciddi maliyyə problemləri ilə üz-üzədirlər: «Mətbuat siyasəti Prezident Administrasiyası tərəfindən yürüdülür. Bu işdə isə əsas fiqur PA-nın şöbə müdiri Əli Həsənovdur. Əli Həsənov isə dövlətin ayırdığı pulları bir qrup şəxslə rəsmən mənimsəyir».

Daha sonra müraciət müəllifləri bir çox məqamlara da toxunublar. Və müraciətdə əsas maraqlı anlardan biri isə Əli Həsənovun müxalifət mətbuatına pul ayırması ilə bağlıdır: «Həmin pullar rəsmi yollarla da ayrılır, qeyri-rəsmi kanallarla da. Bu gün Əli Həsənov hətta müxalifətə aid xəbər portallarını belə maliyyələşdirir. Çünki həmin mətbuat onlara öz qrup maraqlarını qoruya bilmələri üçüni lazımdır. Rəsmi mətbuatda söydürə bilmədikləri məmurları həmin mətbuatın əli ilə «vururlar». Bunun müqabilində isə özlərinin yox, dövlətin pullarını xərcləyirlər».

Geri qayıt