Əsas Səhifə > Hadisə > İŞ ADAMI NƏDƏN CANINA QIYSIN?

İŞ ADAMI NƏDƏN CANINA QIYSIN?


11-04-2013, 11:04
İŞ ADAMI NƏDƏN CANINA QIYSIN?
SAHİBKARIN MEYİTİ ŞƏHƏR KƏNARINDAN TAPILIB

Azərbaycanda sahibkar özünü güllələyib.

Bu barədə APA-ya Abşeron rayon Prokurorluğundan bildirilib.

Hadisə Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində qeydə alınıb. Abşeron sakini, 1974-cü il təvəllüdlü Bəxtiyar Barat oğlu Məmmədov özünə məxsus “Audi Q7” markalı, 90 RA 353 dövlət nömrə nişanlı avtomobildə “Vinçestr” markalı silahdan atəş açaraq özünü öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, B.Məmmədov sahibkarlıqla məşğul olub.

Geri qayıt