Əsas Səhifə > Sosial, Manşet > NƏQLİYYAT SEKTORUNDA SƏS-KÜYLÜ HƏBS

NƏQLİYYAT SEKTORUNDA SƏS-KÜYLÜ HƏBS


11-04-2013, 09:55
NƏQLİYYAT SEKTORUNDA SƏS-KÜYLÜ HƏBS
ZİYA MƏMMƏDOVUN “DƏMİR YOLLARI”NDAKI MÖVQELƏRİ TƏHLÜKƏ ALTINDA

DİA.AZ: - Nəqliyyat sektorunda səs-küylü həbs gözlənilir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbələr xəbər ötürüb. Qaynağın iddialarına görə, hələlik “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bir nömrəli hədəfdir və qurumun rəhbərinin, eyni zamanda QSC-nin rəhbərliyində təmsil olunan daha bir neçə çinovnikin həbsinə tədarük gedir. Və hətta bu məqsədlə bir neçə dövlət qurumunun iştirakı ilə yoxlamalar da başlayıb.

Məsələ ilə bağlı isə DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, son zamanlar hökümətin bu sahəyə ayırdığı milyonlarla vəsaitin hansı istiqamətdə xərclədiyi xüsusilə yoxlanılır. Çünki sözü gedən səhimdar cəmiyyətində baş verən korrupsiya halları artıq hakimiyyəti narahat etməyə başlayıb. Bildirilir ki, uzun müddətdir ki, ölkədə köhnə vaqonların müsair tipli vaqonlarla əvəzlənəcəyi istiqamətində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində milyonlarla manat mənimsənilib. Sovet dönəmindən qalma vaqonların ora-burasını yamamaqla pul silinib və digər ölkələrində istehsal olunan müasir sərnişin vaqonlarının alınması zamanı Ziya Məmmədovla Dəmir Yolu İdarəsinin rəisi Arif Əsgərov bir sıra maxinasiyalara imza atıblar. Milyonlarla vəsatin mənimsənilməsində əvəzsiz xidmətləri olan iki məmurun vaqon “əməliyyatları” hakimiyyət tərəfindən ciddi araşdırılır.

Xatırladaq ki, keçən ilin aprel ayında da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təsərrüfatlarında yoxlamalar həyata keçirilmişdi. Kampaniyada təsərrüfatların və tikililərin saxlanışı vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılsa da, ortaya çıxan faktlar ört-basdır edildi. Bilgili mənbə DİA.AZ-a bildirir ki, amma bu dəfə Arif Əsgərovun qurtuluşu yoxdur: “Çünki onun qələmini birbaşa olaraq Ziya Məmmədovun özü qırıb. Elə buna görə də Arif Əsgərov nazirin də adının hallandırıldığı dəmiryolu korrupsiyasının uğurlu qurbanıdır”.

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt