Əsas Səhifə > Cəmiyyət > SABAH KÖŞKLƏRDƏN “ASİ”Nİ SORUŞUN

SABAH KÖŞKLƏRDƏN “ASİ”Nİ SORUŞUN


3-12-2011, 15:41
SABAH KÖŞKLƏRDƏN “ASİ”Nİ SORUŞUN

“XURAL”ÇILARA TANINMIŞ YAZARLAR DA DƏSTƏK OLACAQ

“Xural” qəzetinin kollektivi yeni qəzet açıb. Jurnalist Anar Mahmudoğlu “Media forum” saytına bildirib ki, “Xural”ın çapına qeyri-rəsmi qadağa qoyulduğundan “ASİ” (Azad Söz İnqilabçıları) qəzetini nəşr etmək qərarı veriblər. Qəzetin ilk sayı dekabrın 4-də satışda olacaq.

Yeni qəzetin redaksiyası Müsavat Partiyasının qərargahında yerləşir. Anar Mahmudoğlunun sözlərinə görə, qəzetdə əsasən “Xural”ın əməkdaşları çalışacaq: “Ancaq ölkənin tanınmış yazarları da bizə dəstək verəcəklər”.

“Xural” qəzeti 2002-ci ildə yaradılıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan qəzet həmin gündən həftədə yeddi dəfəyə keçib. Oktyabrın 19-da məhkəmə icraçıları “Xural” qəzetinin əmlakını müsadirə ediblər. Oktyabrın 20-də isə “Ekspress” mətbəəsi qəzetin çapından imtina edib. Başqa mətbəələrlə aparılan danışıqlar nəticə verməyib.

Oktyabrın 28-də qəzetin təsisçisi və baş redaktoru Əvəz Zeynallı həbs edilib. O, Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə günahlandırılır.


Geri qayıt