Əsas Səhifə > Gündəm, Manşet > ALİ MƏHKƏMƏ SƏDRİNDƏN NAZİRƏ ŞİKAYƏT OLUNDU

ALİ MƏHKƏMƏ SƏDRİNDƏN NAZİRƏ ŞİKAYƏT OLUNDU


10-04-2013, 11:22
ALİ MƏHKƏMƏ SƏDRİNDƏN NAZİRƏ ŞİKAYƏT OLUNDU
HAQQI TAPDANAN SAHİBKARLAR RAMİZ RZAYEVDƏN NARAZILIQ EDİRLƏR

DİA.AZ: - Prezident İlham Əliyev 12 fevral müşavirəsində üzünü icra başçılarına tutaraq onları sahibkarlarla ehtiyatlı davranmağa çağırsa da, yerlərdə icra başçılarının iş adamlarına problem yaratmaları haqda faktlar günbəgün artmaqdadır. DİA.AZ-a müraciət edəb sahibkarlar isə Ali Məhkəmənin sədri Ramiz Rzayevdən narazı olduqlarını bildirirlər.

Qaradağdan olan sahibkarlar Ağayev Ağahüseyn Qulam oğlunun, Hüseynov Mirzəkərim Ağa oğlunun və Məmmədov Elnur Sahib oğlunun ədliyyə naziri Fikrət Məmmədova ünvanladıqları şikayət məktubunda deyilir:

“Dövlət Əmlakının İdarə Etməsi Üzrə Dövlət Komitəsi Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən 15 saylı kolxoz bazarının qanunsuz olaraq bazarla heç bir əlaqəsi olmayan Qasımov Hüseyn Əlibala oğlunun adına özəlləşdirilmiş, onun adına 7 saylı reyestr kitabının 695 saylı vərəqində, 07.01.2011-ci il tarixində qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində verilmiş 0148061 saylı çıxarış verilmişdir.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında AR qanunun” 2.2.1; 2.2.2; 2.2.3 və 2.2.4 tələbləri pozulmuş, Qaradağ RİH başçısı Süleyman Mikayılov bazarı Qasımov Hüseyn Əlibala oğlunun adına özəlləşdirmişlər.

Sahibkarlara aid mağazaların bazara heç bir aidiyyəti yoxdur və 20 ilə yaxın müddətdə bazar ilə icarə müqaviləmiz olmayıb, müstəqil fəailəyyət göstərmişik və icarə haqqı ödəməmişik. Buda mağazaların bazara heç bir aidiyyətinin olmadığını sübut edən hallardandır.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında AR qanununun” 15 və 16-cı maddələri pozulmuşdur. ƏMDK qanunun bu müddəalarına riayət etməmişlər.

“ƏMDK əsasnaməsinin” 8.2; 8.3 və 8.4-cü bəndləri pozulmuşdur.

Əsasnamənin 8.40-cı bəndində deyilir: Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektləri yerləşdiyi dövlət torpaq sahələrinin qanunvericiliy aktlarına uyğun olaraq qiymətləndirilməsini və satışını həyata keçirir.

8.41 – Öz səlahiyyətləri daxilində dövlət müəssisə və təşkilatlarının tərkibində onların hər hansı bölməsinin (bina, tikili, qurğu və digər əmlakın) çıxarılmasını və ayrıca özəlləşdirilməsini həyata keçirir.

Əsasnamənin 8.69, 8.70 və 8.71-ci bəndləri də pozulmuşdur. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması haqqında qanun. AR Prezidentinin 19.12.1997-ci il tarixli fərmanı ilə təsdiq edilmiş əsasnamə 14.05.1999-cu ildə dəyişiklik edilmiş və qeyd olunmuşdur ki, özəlləşdirilmiş müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin ayrılması haqqında qərar və icra müqaviləsi torpaq sahəsinin ayrılmasını təsdiq edən sənəd əsasında mümkün olmasa DƏİEÜDK yerli icra hakimiyyəti orqanları ilə birlikdə obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir.

AR “DƏİEÜDK qanununun” 38-ci maddəsində göstərilir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranmış mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir.

Rayon icra hakimiyyətinin nümayəndəsi bizə məxsus mağazaların tikilən ərazinin bazara aid olmadığını bir daha sübut etdi.

Qanunun 31-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün aşağıdakılar əsasdır:

31.1.1 - bu qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ aktların pozulması (yəni bizə məxsus obyektləri qanunsuz olaraq bazarın ərazisinə daxil edilməsi).

31.1.2 - dövlət əmlakının bu qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi (yəni əvvəllər bazarla heç bir əlaqəsi olmayan Qasımov Hüseyn Əlibala oğlu bazara müdir təyin edildikdən qısa müddət sonra Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla birləşərək bizim xəbərimiz olmadan bizə məxsus obyektləri özəlləşdiriblər).

31.2 - dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlər mübahisələndirilə bilər (yəni Qaradağ RİH başçısı Süleyman Mikayılovun təşəbbüsü ilə dövlət əmlakının idarəetməsi üzrə dövlət komitəsi əlaqəyə girərək bazarı S.Mikayılova yaxın olan və bazarla heç bir əlaqəsi olmayan Qasımov Hüseyn Əlibala oğlunun adına özəlləşdiriblər)

Konstitutsiyanın 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, AR-də mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

Konstitutsiyanın 29-cu maddəsində deyilir: heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Kontitutsiyanın 29.1-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır.

2-ci hissəsinə əsasən, mülkiyyət hüququ o cümlədən, xüsusi mülkiyyət hüquqi qanunla qorunur.

Konstitutsiyanın 61 və 71-ci maddələri pozulmuşdur.

AR Mülki Məcəllənin: 6.1, 6.1.4, 6.1.9, 17.1, 21.2 və 157.9-cu maddələri kobud şəkildə pozulmuşdur.

Bazar dövlət büdcəsi vəsaiti hesabına tikilmişdir. 05.12.2010-cu il tarixli hərrac protokolunda göstərilir ki, 5669 kvm. faktiki sahəsi olan tikinti altındakı hissəsi 3223.9 kvm-dir. Digər sahə isə 2445.1 kvm-dir. Bütünlükdə bazar alıcıya 238.462 manata satılmışdır.

Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 noyabr tarixli 332 nömrəli fərmanı əsasında AR Nazirlər kabinetinin 22 dekabr 1992-ci il tarixli 683 saylı qərar qəbul etmiş və kolxoz bazarları dəyəri yerli İcra Hakimiyyəti orqanları tərəfindən ödənilməklə Azərittifaqın balansından alınaraq müvafiq rayon İcra Hakimiyyətlərinə verilmişdir. 15 fevral 1993-cü il tarixli Azərittifaqın, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsinin və bazar rəhbərliyinin iştirakı ilə komissiya yaradılmış, akt əsasında bazar təhvil təslim edilmişdir. Azərittifaqın bu barədə 12 fevral 1993-cü il tarixli 12 saylı əmri vardır. (əmrin surətini əlavə edirəm)

Komissiya üzvləri: 1. C.Yarməmmədov – müfəttiş – komissiyanın sədri
2. Ş.Musayev – müfəttiş – komissiyanın üzvü

Beləliklə, Qaradağ RİH-nin nümayəndəsi mütəxəssis Abış Qurbanov.

Bazarın direktoru Alim Quliyev.

Bazarın baş mühasibi V.Xurunova iştirakı ilə akt tərtib edilmiş, əsas vəsaitlər aktda öz əksini tapır. (aktın surətini əlavə edirəm)

1. Ticarət mərkəzi 1 ədəd.
2. Poviliyon gürcü tipli 6 ədəd.
3. Televizor 1 ədəd.
4. Soyuducu şkaf 1 ədəd
5. Soyuducu prilavka 1 ədəd.
6. Altıncı transliyasiya qurğusu 1 ədəd.
7. Kondisoner BK – 1500 1 ədəd.
8. Kondisoner qurğusu 1 ədəd.

Aktdan göründüyü kimi bazarın tərkibində mağaza olmamış və İcra Hakimiyyətinə də yalnız yuxarıda göstərilənləri təhvil vermişdir.

Azərittifaq tərəfindən bazarın texniki eskizinin surəti təsdiq olunaraq 1 saylı İnzibati İqtisad Məhkəməsinə verilmişdir. Hal hazırda iş baxılması üçün oradadır. Sahibkarların xəbəri olmadan mağazalar DƏİÜDK-si tərəfindən mağazalar və bazar pasportlaşdırılaraq bazarın tərkibinə daxil etmiş və bizim xəbərimiz olmadan bazar, bazarla heç bir əlaqəsi olmayan vətəndaşa satılmışdır.

Öz vəsaitimiz hesabına tikdirdiyimiz mağaza və Azərittifaqa məxsus mağaza bizə yox, hansı məqsədləsə Qasımov Hüseyn Əli oğluna satılmışdır.

Qaradağ RİH başçısı Süleyman Mikayılov bazarı H.Qasımovun adına özəlləşdirmiş və Ramiz Rzayevin himayədarlığı ilə məhkəmələr bu işə düzgün baxmırlar.

Bu da, onların AR CM-nin 186, 186.1, 186.2.1, 309.1 və 309.2-ci maddələrinə əsasən məsuliyyət daşımasını göstərən əlamətlərdəndir.

Xahiş edirik bu məsələnin ədalətli həll olunmasına köməklik göstərəsiniz.

Təqdim olunmuş sübutların araşdırılmasına eləcə də, Dövlət Əmlakının İdarə Etməsi Üzrə Dövlət Komitəsinin haqlı iddiamızı araşdırdıqdan sonra iddia tələbimizi qəbul etməsi məhkəmələrin isə əks qərar çıxarması onların bu işdə bir daha qərəzli mövqeyini təsdiq edir.

Ali Məhkəmənin sədri Ramiz Rzayevin bu məsələyə təsiri işin obyektiv araşdırılmasına imkan vermir.

Cənab Prezident bizi 5 il Milli Məclisdə layiqincə təmsil etmişdir. Bu müddət ərzində onun rəhbərliyi altında görülmüş işlər bizə məlumdur. Cənab Prezident 12 fevral 2013-cü ildəki çıxışınızda biz sahibkarlara sahib çıxmış, ancaq bəzi məmurlar hələdə bundan lazımi nəticə çıxarmamışlar.

Xahiş edirik köməyinizi əsirgəməyin”.



Geri qayıt