Əsas Səhifə > Siyasət, Manşet > ABBAS ABBASOV AZƏRBAYCANDAN VARİDATINI ÇIXARIB

ABBAS ABBASOV AZƏRBAYCANDAN VARİDATINI ÇIXARIB


10-04-2013, 10:10
ABBAS ABBASOV AZƏRBAYCANDAN VARİDATINI ÇIXARIB
KEÇMİŞ BAŞ NAZİRİN MÜAVİNİNƏ RƏSMİ BAKIDAN SƏRT CAVAB VERİLİB

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Kremlin oyuncağı olan Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, Azərbaycanın baş nazirinin keçmiş müavini Abbas Abbasov rəsmi Bakı tərəfindən qohumlarının hədəfə alınması nədəniylə yenidən Azərbaycana gəlməyi planlaşdırır və bu dəfəki səfərində tərəflərin yekun «razborka»ya çıxması gözlənilir.

DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlardan sızan informasiyada bildirilir ki, Abbas Abbasov artıq Bakıya gəlməyə bilər: «Çünki ona Azərbaycan hakimiyyəti tərəfindən çox kəskin formada rədd cavabı verilib. Və hətta bildirilib ki, onun xəyanətləri əgər davam edərsə, o zaman daha ağır hadisələrlə üz-üzə qalmalı olacaq».

Bütün bunların Abbas Abbasovun rəsmən hədələnməsi faktı olduğunu bildirən mənbəmiz əlavə etdi: «Abbas Abbasov RATİ-yə rəhbər gətiriləndən sonra rəsmi Bakı onunla bağlı ehtiyatlı da olsa, hücum xarakterli açıqlamalarını verdi. Hətta baş nazirin keçmiş müavininin deputat oğlu Aydın Abbasov da danışaraq, atasının xain olmadığını sübutlamağa çalışdı. Amma fakt faktlığındat qaldı.

Abbas Abbasov ixtiyarı özündə olmayanlardan biridir və o, rus kəşfiyyatının Azərbaycana qarşı planında fəal yerini tutrdu. Onun RATİ-dəki ilkin fəaliyyətsizliyi isə daha çox Azərbaycandakı biznesini, qohumlarını, yaxınlarını qorumaq üçün idi. Faktdır ki, ona aid olan külli miqdarda nağd pul və qızıl-zinət əşyaları həmin ərəfədə Azərbaycandan Rusiya paytaxtına aparılıb. Belə bir tədarük isə açıq-aşkar düşmənçiliyə hazırlaşma anlamını daşıyır».

Mənbəmiz onu da bildirdi ki, artıq Abbas Abbasov bütün körpüləri yandırıb: «Amma unutmalı deyil ki, oğlu Bakıda «girovluqdadır». Bu ciddi məsələdir. Və rəsmi Bakı dəfələrlə sübut edib ki, ruslar kimi eynən köhnə «sovet metodu» ilə istənilən bir problemin üzərinə getməyi bacarır».

Geri qayıt