Əsas Səhifə > Gündəm, Manşet > İRAN QAFQAZIN ŞEYXİNİ «VURUR»

İRAN QAFQAZIN ŞEYXİNİ «VURUR»


3-12-2011, 14:39
İRAN QAFQAZIN ŞEYXİNİ «VURUR»

FARS-MOLLA REJİMİ PAŞAZADƏDƏN NƏ İSTƏYİR?

DİA.AZ: - Son günlər İranın xüsusi xidmət orqanlarının nəzarətində olan xəbər portalları Azərbaycan xalqı, Axərbaycan dövləti və ölkə rəhbərliyi ilə yanaşı, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin də əleyhinə kampaniyaya başlayıblar. Bildirək ki, artıq fars-molla rejiminə aid müxtəlif xəbər portallarında Allahşükür Paşazadə çox sərt ifadələrlə təhqir olunur.

Biz həmin materiallar içində nisbətən yumşaq olanlardan birini diqqətinizə çatdırmaq qərarına gəldik. «Arannyus» portalında «Paşazadə kimə işləyir» başlığı ilə gedən yazıda deyilir:

«Aydınlar ölkəsi o deyil ki, hamı savadlı, ağıllı-kamallı olsun. Aydınlar ölkəsi o ölkədir ki, insanların kimliyi, nə üçün yaşadığı aydın olsun. Bu baxımdan Azərbaycan hökumətini təmsil edənləri aydınlar saymaq olar. Kim desə ki, bu hökumət Amerika ya Aydan gələnlərə işləyir, yalandır – bizim hökumət cibinə işləyir. Elə ona görə də aydın hökumətimizi yaxın qonşudan uzaq tanışadək istəyən yoxdur. Qorxulu vəziyyətdir. Bəşar Əsəd də xəbərdarlıq edib ki, cibinə işləyənlərin devirim siyahısında keçmiş Birlik ölkələrinin də adı var.

Bizdə ən qaranlıq vəziyyət din sahəsindədir. Dövlət başçısı nə qədər aydındırsa, din başçımız bir o qədər qaranlıqdır. Paşazadə cənablarının kimliyi, nə üçün yaşaması şəxsən mənim kimi kənardan baxanlara müəmmalıdır.

Şeyx həzrətlərinin son bəyanatına baxanda belə təsəvvür yaranır ki, məscidlərə əzadarlığa toplananlar xuliqanlar, vampirlər, quldurlardır. Şeyx deyir: “Əgər dinə, Allaha, “Qurani-Kərim”ə hörmət edirlərsə, təziyələr İmam Hüseynin istədiyi formada keçirilsin. Yəni zəncir vurmaq, qan çıxarmaq, küçələrə çıxıb, səs-küy salmaq olmaz. Çünki bu bizim şəriətə uyğun deyil” (Musavat) Necə olur ki, hicab tələb edən dindarın başına dubinka vurub qan çıxarmaq olar, amma əzadarlıqda zəncirə əl aparmaq olmaz? Bu necə ölkədir ki, dindarın başını hökumət yara bilər, amma özü yox?

Qəribə bir hadisə də baş verib. Bu ilin əvvələrində ölkə başçısının sərəncamı ilə Prezidentin Ehtiyyat Fondundan Gəncədəki İmamzadə türbəsinin təmirinə ayrılmış 3 milyon manat vəsait yoxa çıxıb. Gəncəyə yeni rəhbər gətirilən Elmar Vəliyev isə 3 milyonun taleyi ilə maraqlanır. İcra başçısı İmamzadənin axundu Hacı Tahir Abbasovu yanına çağıraraq, yarımçıq qalmış təmir işlərini davam etdirməsini tələb edib. Hacı Tahir isə buna imkanının olmadığını bildirərək, təmir işinin birbaşa şəhər icra hakimiyyətinə tapşırıldığını xatırladıb. Elmar Vəliyev axunddan tələb edib ki, nəzir qutularına yığılan pullar hesabına təmir-bərpa işi görməlidir. Hacı Tahir Abbasov isə nəzir qutularının Qafqaz Müsəlmanları İdarəsinin möhürü ilə bağlandığını və yalnız QMİ-i əməkdaşlarının açdığını deyib. Tərəflər arasında gedən mübahisə zəminində Elmar Vəliyev “Şeyx, Şeyx” deyən Hacı Tahirə “Şeyx də belə-belə olsun” deyib. Aydındır! Bu hökumətin bütün təmsilçiləri aydındır. Bu aydın münasibət Hacı Tahirin xəstəxanaya düşməsi ilə nəticələnib. İmamzadənin axundu hazırda Bakıdakı xəstəxanaların birində müalicə kursu keçir.

Xatırladaq ki, Hacı Tahir Abbasov Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsidir.

Mötəbər mənbələrdən verilən məlumata əsasən, bu insident Şeyxə od qoyub. Deyib ki, məscidləri sökdünüz dinmədim, azanı kəsdiniz dinmədim, hicabı yığışdırdınız dinmədim, ruhaniləri şərləyib tutdunuz dinmədim, indi də əl uzatdınız nəzir qutularına?! Şeyx söz verib ki, nəzir qutularına uzanan əlləri kəsəcək. Deyibsə kəsər. Şeyxdə aydın olan bir xasiyyət var: nəzir qutuları toxunulmazdı! Amma Şeyx camaatın Aşura günü küçələrə axışmasını “məkruh” sayanda unudub ki, həmin gün qutulara nə qədər nəzir salınır. Şeyxə yürüş qadağasını sifariş edən hökumət bu zərəri ödəyəcəkmi? Bu da aydın deyil!»


Geri qayıt