Əsas Səhifə > Hadisə > QAFQAZ SSRİ-NİN MİRASLARI PƏNCƏSİNDƏ

QAFQAZ SSRİ-NİN MİRASLARI PƏNCƏSİNDƏ


3-12-2011, 14:31
QAFQAZ SSRİ-NİN MİRASLARI PƏNCƏSİNDƏ

HELSİNKİ KOMİSSİYASI DİNLƏMƏLƏRƏ HAZIRLAŞIR

ABŞ-ın Avropa (ABŞ Helsinki Komissiyası) Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyası dekabrın 7-də Vaşinqtonda “Qafqazda münaqişələr: həll perspektivləri" mövzusunda dinləmələr keçirəcək. Bu barədə Helsinki Komissiyası məlumat yayıb.

Məlumatda deyilir ki, Sovet İttifaqının dağılmasından iyirmi il keçməsinə baxmayaraq, bu quruluşdan miras qalmış Qafqazda həll olunmamış münaqişələr ən problemli məsələ olaraq qalır.

Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in uzunmüddətli vasitəçiliyinə baxmayaraq, nəticələr acınacaqlı olaraq qalır. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Moskva tərəfindən tanınmasından sonra bu münaqişələrin həlli həmişəkindən daha uzaqda görünür.

Dinləmələrdə münaqişələr, bölgədə mövcud durum, danışıqların formasında dəyişikliklərin həll prosesinə təsiri, silahlı münaqişələrin bərpasının fəsadları, həll prosesinə mane olan amillər, münaqişələrin həlli perspektivləri, ABŞ-ın münaqişələrin həllinin asanlaşdırılmasında rolu kimi məsələlər gündəlikdə olacaq.

Dinləmələrdə Karnegi Fondundan Tom de Waal, Brookings İnstitutundan Fiona Hill, Amerika xarici siyasəti Şurasından Wayne Merry çıxış edəcək.


Geri qayıt