Əsas Səhifə > Dünya > DƏMİRƏLƏ QARŞI SƏRT İTTİHAM

DƏMİRƏLƏ QARŞI SƏRT İTTİHAM


3-12-2011, 13:49
DƏMİRƏLƏ QARŞI SƏRT İTTİHAM

KEÇMİŞ PREZİDENTİN “YAŞIL”LA ƏLAQƏSİ İFŞA OLUNUB

Qardaş Türkiyədə Xüsusi Səlahiyyətli Baş prokuror vəkilinə ifadə verən şahid M. E. gündəmə bomba kimi düşəcək iddialarla çıxış etdi. Gizli şahidin, Süleymen Dəmirəl və “Yaşıl” kod adı ilə tanınan Mahmud İldırımı Hacı Əli ilə əlaqədar şok iddiaları gündəmi sarsıdıb. Bu iddialardakı ən maraqlı məqam “Kurdlar vadisi-pusu” serialında əks olunan bir çox personajların faş olunmasıdır.

"Yaşılı, yəni Mahmud İldırımı Hacı Əli Dəmirəlin villasında 3 dəfə gördüm. “Yaşıl” yaşayır. Adını Həsən Kötük olaraq dəyişdirdi. Süleyman Dəmirəlin qardaşı Hacı Əli Dəmirəllə yaxın əlaqəsi var. Köhnə Respublika başçısına bəy-əfəndi deyir"-deyə gizli şahid bildirib.

Onu da bildirək ki, Türkiyənin qaranlıq illərini lupa altına alan faili-məchul istintaqında maraqlı detallar yer alıb. Doqquzuncu prezident Süleyman Dəmirəlin qardaşı Hacı Əli Dəmirəllə bir dövr ticari əlaqələrinin olduğunu deyən gizli şahid “Yaşıl” kod adlı şəxslə Hacı Əli Dəmrəlin villasında 3 dəfə qarşılaşdığını bildirib. İddia edildiyi kimi “Yaşıl”ın estetik əməliyyat etdirmədiyini deyən M. E onu 1996-cı ildə ilk dəfə Dəmirəllərin villasında olmaq üzrə ən son bir yarım il əvvəl yenə Hacı Əli Dəmirəlin villasında gördüyünü bildirib: “Yaşıl”ın saçları ağarmış, bığ və saqqalını qixdirmişdır "-deyib.

Onu da qeyd edək ki iddialarının təsdiqi üçün gizli şahid Baş prokuror Vəkili Hüseyn Görüşənə disk də təqdim edib.


Geri qayıt