Əsas Səhifə > Şou-biznes > “UŞAQLIQ ARZUM GERÇƏKLƏŞDİ”

“UŞAQLIQ ARZUM GERÇƏKLƏŞDİ”


3-12-2011, 13:26
“UŞAQLIQ ARZUM GERÇƏKLƏŞDİ”

AZƏRBAYCANLI MODEL TÜRK SERİALINA ÇƏKİLİR

"Azəri Top Model" müsabiqəsinin qalibi olmuş Ləman Əlizadə türk serialına çəkilir.

O, Day.Az saytına açıqlamasında kastinqdən keçdiyini söyləyib. "Bu günlərdə çəkiliş başlayacaq. Uşaqlıq arzum gerçəkləşdi. Həmişə aktrisa olmaq istəmişəm", - deyə Ləman bildirib.

Model serialda Azərbaycanı "Eurovision 2010" mahnı müsabiqəsində təmsil etmiş Safura Əlizadə ilə birgə çəkiləcək. "Qaranlıqlar çiçəyi" adlı serial Türkiyə ilə Azərbaycan tərəfindən birgə çəkilir.

L.Əlizadənin sözlərinə görə, "Azəri Top Model" müsabiqəsinin digər üzvləri də kastinqə getsələr də, məhz onu seçiblər: "Kastinqdə Diana Eyyubova, Oksana Rizayeva və başqaları da var idi. Amma məni seçdilər. Çünki onlara yalnız gözəl xarici görünüşə malik qız yox, həm də aktyorluq istedadı olan şəxs lazım idi".


Geri qayıt