Əsas Səhifə > Ölkə > TƏHSİL İŞÇİLƏRİNƏ QARŞI CİNAYƏT İŞİ

TƏHSİL İŞÇİLƏRİNƏ QARŞI CİNAYƏT İŞİ


3-12-2011, 13:21
TƏHSİL İŞÇİLƏRİNƏ QARŞI CİNAYƏT İŞİ

KMİ MİSİR MƏRDANOVUN ƏMƏKDAŞLARINI ARAŞDIRIR

Azərbaycanda təhsil sistemində çalışan bir qrup vəzifəli şəxs barəsində Korrupsiyaya Qarşı mübarizə İdarəsində araşdırma aparılır.

Trend-in məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bu gün nazirliyin kollegiya iclasındakı çıxışında deyib.

O bildirib ki, Göygöl rayon Təhsil Şöbəsinin sabiq müdiri Altay İsmayılov, təhsil şöbəsinin metodisti və Quşqara kəndinin orta məktəbinin sabiq direktorunun dələduzluğu barədə Korrupsiya İdarəsindən təqdimat daxil olub.

Nazirin sözlərinə görə, Altay İsmayılov işdən azad edilib.

"Amma bu yaxınlarda mənə məlumat verildi ki, o, orada məktəb direktoru işləyir. Bu məsələ ilə bağlı Korrupsiya İdarəsinə müraciət edəcəyik", Mərdanov deyib.

Mərdanov deyib ki, Laçın rayonun təhsil şöbəsinin məsləhətçisi Adil Cabbarov rüşvət aldığı yerdə Baş prokuror yanında Korrpusiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir müddət əvvəl yaxalanıb və hazırda bu faktla bağlı hüquq-mühafizə orqanları lazımi istintaq hərəkətləri həyata keçirirlər.

Nazir bildirib ki, belə hallar məktəbin və müəllimin cəmiyyətdəki nüfuzuna xələl gətirir.

"Təhsildə məktəbə və müəllimə yaraşmayan hallar indi də var. Hər bir insanın bu dünyada müəyyən ömür və dolanışıq payı var. Buna qane olsun", nazir vurğulayıb.


Geri qayıt