Əsas Səhifə > Dünya > “BƏSRƏ KÖRFƏZİ ABŞ-IN QIRMIZI XƏTTİDİR”

“BƏSRƏ KÖRFƏZİ ABŞ-IN QIRMIZI XƏTTİDİR”


3-12-2011, 13:18
“BƏSRƏ KÖRFƏZİ ABŞ-IN QIRMIZI XƏTTİDİR”

PENTAQON ŞEFİ FARS-MOLLA REJİMİNİ HƏDƏLƏDİ

“Bəsrə körfəzi ABŞ-ın qırmızı xəttidir. İran körfəzdə gəmilərimizin hərəkətinə maneçilik törətsə, qarşısında ABŞ ordusunu görəcək”. APA-nın məlumatına görə, bu bəyanatla dekabrın 2-də ABŞ müdafiə naziri Leon Panetta çıxış edib.

O, İran hakimiyyətinin dünya üçün təhlükə olduğunu bildirib. L. Panetta deyib ki, ABŞ İranın nüvə təsisatına zərbələr endirsə, Tehranın həmin obyektləri bərpa etməsi asan olmayacaq.

Pentaqon rəhbəri İsrailin bölgədə təcrid edilməsi məsələsinə də toxunub: “İsrail Türkiyə, Misir və digər ölkələrlə münasibətlərini normallaşdırmalı, eyni zamanda Fələstinlə sülh danışıqlarını yenidən davam etdirməlidir”.


Geri qayıt