Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİ ETİRAZA QALXDI

MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİ ETİRAZA QALXDI


8-04-2013, 11:08
MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİ ETİRAZA QALXDI
BU DƏFƏ "AZENERJİ" BÖHRAN YARADIR

Bu gün Novxanı çimərliyinin yaxınlığında, “Sarıqaya” massivinin “İnşaatçılar” düşərgəsində işıq sayğaclarının quraşdırılması prosesinə başlanılıb. Bu barədə Moderator.az saytını məlumatlandıran özəl mənbənin sözlərinə görə, qazın olmadığı düşərgədə işıq sayğaclarını quraşdırmaq cəhdi məcburi köçkünlər tərəfindən ciddi etiraza səbəb olub:

“Əksəriyyəti laçınlı köçkünlər olan düşərgədə qaz xətti olmadığı üçün vətəndaşlar istiliklə bağlı bütün problemlərini işıq enerjisi hesabına ödəyir. Bu isə o deməkdir ki, işıq sayğaclarının quraşdırılması məcburi köçkünləri maddi baxımdan ciddi itkilərə məruz qoyacaq. Məhz bu səbəbdən də öncə qaz xəttinin çəkilməsini, yalnız bundan sonra işıq sayğaclarının quraşdırılmasını tələb edən vətəndaşlar işıq idarəsinin əməkdaşlarına öz etirazını bildirib. Hazırda düşərgədə vəziyyət gərgin olaraq qalmaqdadır. Deyilənlərə görə, işıq idarəsinin yetkililəri köçkünlərin etirazının qarşısını almaq və sayğacların quraşdırılmasını təmin etmək üçün Laçın Rayon İcra Hakimiyyətindən də yetkili şəxslərin əraziyə gəlməsini təmin etmək niyyətindədir”.

Geri qayıt