Əsas Səhifə > Dünya > PREZİDENT KORRUPSİONER İŞ ADAMLARINI BAĞIŞLADI

PREZİDENT KORRUPSİONER İŞ ADAMLARINI BAĞIŞLADI


2-12-2011, 17:16
PREZİDENT KORRUPSİONER İŞ ADAMLARINI BAĞIŞLADI

BUNU İSRAİLİN DÖVLƏT BAŞÇISI XAHİŞ EDİBMİŞ

Gürcüstan prezidenti Mixail Saakaşvili dövlətin rəsmi şəxslərinə rüşvət təklif etdiyinə həbs olunmuş israilli iş adamları Roni Fuks və Zyev Frenkeli əfv edib.

APA-nın məlumatına görə, bu barədə bu güm keçirdiyi brifinqdə Gürcüstan prezidentinin mətbuat xidmətinin rəhbəri Manana
Mancqaladze bildirib.

M. Mancqaladze deyib ki, Gürcüstan prezidenti İsrail dövlət başçısının müraciəti əsasında, həmçinin humanizm prinsiplərini, məhkumların yaş həddi və sağlamlıq vəziyyətini nəzərə alaraq onların əfv edilməsi haqqında əmr verib.

Qeyd edək ki, R. Fuks və Z. Frenkel mart ayında Tiflis Şəhər Məhkəməsinin qərarı ilə Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 339-cu maddəsinin (mütəşəkkil qrup tərəfindən dövlət məmuruna rüşvət təklif etmə) üç bəndi üzrə təqsirli bilinərək həbs olunublar. R.Fuks Gürcüstan dövlət büdcəsinə 500 min lari (295 min dollar) ödəməklə 7 il müddətinə, Z.Frenkel isə 100 min lari (60 min dollar) ödəməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt