Əsas Səhifə > Partiya, Manşet > SABİRABADDA BƏLƏDİYYƏLƏR FORMALAŞMAYACAQ

SABİRABADDA BƏLƏDİYYƏLƏR FORMALAŞMAYACAQ


2-12-2011, 17:11
SABİRABADDA BƏLƏDİYYƏLƏR FORMALAŞMAYACAQ

64 SAYLI DAİRƏDƏ TƏKRAR SEÇKİLƏRİN DƏ NƏTİCƏLƏRİ LƏĞV OLUNA BİLƏR

DİA.AZ: - Boş qalan yerlərdə əlavə və təkrar bələdiyyə seçkiləri günü - noyabrın 30-da bir çox yerlərdə yenə də saxtakarlıqlar olub. Hətta bununla bağlı seçkilərdə iştirak edən Ümid Partiyası xüsusi bəyanat da qəbu edərək nəticələri tanımadığını bildirdi.
Dünən isə Sabirabadın Şəhriyar və Xəlfəli kəndlərində baş verən saxtakarlıqlarla bağlı konkret maddi sübutlar təqdim olunub.

Bununla bağlı redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, 64 saylı dairədə nəticələr yenidən ləğv edilə bilər. Bu isə yenə də həmin bölgənin bələdiyyəsiz qalması demək olacaq.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) Mərkəzi Seçki Komissiyasındakı qaynaqlardan ötürülən məlumata görə, həmin dairədəki total saxtakarlıq və özbaşınalıq hətta ölkə rəhbərliyinə qədər gedib çatıb: «Bu səbəbdən nəticələr yenidən ləğv oluna bilər».

«Həmin dairədə daha bir təkrar seçki keçiriləcəkmi» sualının cavabında isə mənbəmiz bildirdi ki, bu artıq mümkünsüzdür: «Həmin bölgədə bələdiyyələr formalaşmamış qalacaq. Hər halda, qəti qərar yaxın günlərdə bəlli olacaq».


Geri qayıt