Əsas Səhifə > Şou-biznes > "HƏR KƏSƏ VERƏ BİLƏCƏK CAVABIM VAR"

"HƏR KƏSƏ VERƏ BİLƏCƏK CAVABIM VAR"


6-04-2013, 09:59
"HƏR KƏSƏ VERƏ BİLƏCƏK CAVABIM VAR"
AZƏRİ QIZI GÜNEL BƏSTƏKARA QƏZƏBLƏNDİ

Milli.Az xəbər verir ki, mətbuatda əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın "Mən Azəri Günelin müəllimi olmuşam" sözlərini işlətməsi ikincinin qəzəbinə tuş gəldi.

Əməkdaşımızla telefon söhbətində Günel Seyidcahana belə cavab verdi: "Bu yaşıma çatmışam, təvazökarlıqdan uzaq kimi çıxmasın kimsədən dərs almamışam.

Allah-Təalanın verdiyi istedad məni milyonların içindən fərqləndirdi. Borclu olduğum bir insan var, o, da ustad sənətkar İbrahim Tatlısesdir.

Müəllimə gəlincə, sənətin sirrlərini körpə yaşlarından başlayaraq atamdan öyrənmişəm. Günü bu gün də ondan öyrənirəm. Elza Seyidcahana gəlincə, bu xanımla tanışlığım heç də uzun illərə söykənmir ki, ondan nəsə öyrənim.

Bir dəfə yazdığı mahnlardan birini oxumağı təklif etdi, ancaq işbirliyimiz alınmadı. 2 il öncə doğum günüm ərəfəsində gözəllik salonunda qarşılaşanda hörmət əlaməti olaraq onu da məclisimdə iştirak etməyə dəvət etdim.

Başa düşə bilmirəm nə üçün kimlərsə qazandığım uğurlara şərik olmaq istəyirlər? Bir fakt danılmazdır ki, yaşım az olsa da, bəzi xanım sənətçilər məndən nələrisə götürüb özününküləşdirirlər.

Hər kəsə verə biləcək cavabım var. Mənimlə işləri olmasın".

Geri qayıt