Əsas Səhifə > Hadisə > SUMQAYITDA DƏHŞƏTLİ HADİSƏ

SUMQAYITDA DƏHŞƏTLİ HADİSƏ


6-04-2013, 09:55
SUMQAYITDA DƏHŞƏTLİ HADİSƏ
ATA VƏ 4 YAŞLI QIZI FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Aprelin 5-də Sumqayıt şəhərində dəhşətli yol qəzası baş verib. Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Nuriyev İlham Ağasəf oğlu idarə etdiyi "Mazda" markalı avtomobillə Qaflanov Sabir Təvəkkül oğlunu və onun 4 yaşlı qızı Ayanı vurub. Nəticədə hər iki piyada aldıqları ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.

Məlumata görə, zərbənin gücündən ata və azyaşlı qızı xeyli məsafə aralıya düşüblər. yaxınlıdakı şəxslərin də cəhdlərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Geri qayıt