Əsas Səhifə > Hadisə > İKİ AZYAŞLININ BAŞINA İŞ GƏLDİ

İKİ AZYAŞLININ BAŞINA İŞ GƏLDİ


6-04-2013, 09:54
İKİ AZYAŞLININ BAŞINA İŞ GƏLDİ
HƏR İKİ HADİSƏ NİZAMİ RAYONUNDA BAŞ VERİB

DİA.AZ: - İki azyaşlının başı dünən cəncələ düşüb. Və maraqlıdır ki, hər iki azyaşlı Nizami rayonunda yaşayır. Biri Bakının, digəri isə Gəncənin.

Belə ki, DİA.AZ-ın Fövqəladə Hallar Nazirliyinin internet səhifəsində yer alan məlumata istinadən verdiyi xəbərdə deyilir ki, Gəncə şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil ola biliblər. Mənzildə aşkarlanmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:01-də başa çatıb.

Digər məlumatda isə deyilir ki, Bakı şəhəri, Nizami rayonunda bir nəfər azyaşlının barmağında metal halqa sıxılıb qalıb. Bundan narahat olan yaxınları Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək kömək istəyiblər.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə halqanı kəsərək barmaqdan çıxarıblar.

Geri qayıt