Əsas Səhifə > Ölkə, Manşet > «VURULACAQ» İCRA BAŞÇILARININ SİYAHISI YAYILDI

«VURULACAQ» İCRA BAŞÇILARININ SİYAHISI YAYILDI


4-04-2013, 14:45
«VURULACAQ» İCRA BAŞÇILARININ SİYAHISI YAYILDI
ONLARIN ARASINDA YENİLƏR DƏ VAR

DİA.AZ: - Redaksiyamıza bu seçki ilində vəzifəsini itirmə ehtimalı yüksək olan icra başçılarının siyahısı daxil olub. DİA.AZ oxucuları üçün də maraqlı olacağını zənn edib, həmin siyahını olduğu kimi diqqətinizə təqdim edirik.

Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov (dörd ildir təyin olunub);

Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov (səkkiz ildir təyin olunub);

Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov (yeddi ildir təyin olunub);

Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev (doqquz ildir təyin olunub);

Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov (altı ildir təyin olunub);

Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov (altı ildir təyin olunub);

Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə (dörd ildir təyin olunub);

Lənkəranın icra başçısı Taleh Qaraşov (bir ildir təyin olunub);

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov (üç ildir təyin olunub);

Siyəzən rayon icra hakimiyyətinin başçısı Arif Qasımov (iki ildir təyin olunub).

Geri qayıt