Əsas Səhifə > Sosial, Manşet > “TEXNİKABANK”DA YENİ HƏBS DALĞASI GÖZLƏNİLİR

“TEXNİKABANK”DA YENİ HƏBS DALĞASI GÖZLƏNİLİR


4-04-2013, 12:08
“TEXNİKABANK”DA YENİ HƏBS DALĞASI GÖZLƏNİLİR
ADINI DƏYİŞMİŞ BANKIN TOVUZ FİLİALI NƏDƏN MAHİYYƏTİNİ DƏYİŞƏ BİLMİR?

DİA.AZ: - "TexnikaBank" ətrafında qalmaqallar bitib tükənmək bilmir. Artıq sözü gedən bank sektorunda fırıldaqçılıq və maxinasiyalar adi hal alıb. DİA.AZ bildirir ki, bu barədə "azerinews.org" saytı xəbər yayıb. Portala daxil olan məlumatlarda bildirilir ki, son günlər "TexnikaBank"ın Tovuz filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olmuş materiallar araşdırılır. Buna baxmayaraq bankın Tovuz filialının rəhbər şəxsləri korrupsiya əməllərini ört-basdır etməyə çalşır. Hətta deyilənlərə görə, filialın müdiri Elnur Süleymanov cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün "yuxarılara" nəyin bahasına olur-olsun yol tapmaq istəyir.

Portala sözü gedən bankın filialında çalışan keçmiş işçinin verdiyi məlumatlara görə, Elnur Sülüymanovun rəhbərliyi altında uzun illərdir ki, ciddi qanun pozuntularına yol açılıb. Filialda ayrı-ayrı vətəndaşların adlarına saxta sənədlər əsasında qanunsuz olaraq kreditlər verilib. Bundan yararlanan bank filialının müdiri E.Süleymanov özünün yaxın ətrafının adına fermalar və obyektlər alıb.

Əsas maraqlı məqam ondan ibarətdir ki, Elnur Süleymanova ölkəni tərk etmək qadağası qoyulub. Bundan başqa filial müdirinin Azərbaycanda müxalifət partiyalarının biri ilə əlaqələri yoxlanılır. Məlumatlara görə, yaxın günlərdə Elnur Süleymanovun həbs olunması gündəmə gələ bilər. Onun radikal müxalifət qruplaşmalarla əlaqələri ittihamın əsas motivinə çevrilməsi gözlənilir.

Geri qayıt