Əsas Səhifə > Ölkə > ŞİRİN CƏFƏRİ GƏNCƏDƏ MÜHAKİMƏ OLUNACAQ
ŞİRİN CƏFƏRİ GƏNCƏDƏ MÜHAKİMƏ OLUNACAQ4-04-2013, 11:59 |
QƏZETƏ QARŞI BASQILAR DAVAM EDİR “Biz bu prosesi azad sözə basqı, mediaya təzyiq hesab edirik. Baş verənlər hakimiyyət üçün beynəlxalq aləmdə də nüfuz gətirməyəcək.” Məlumat verildiyi kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərini Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilib. Bu barədə DİA.AZ-a qəzetdən məlumat verilib. Məlumatda deyilir: "“Gündəm xəbər” qəzetinin heç kimi fərq qoymadan tənqid etməsi, heç bir siyasi və iqtisadi qrupa bağlı olmaması çoxlarına xoş gəlmir. Görünən budur ki, müstəqil mətbuatı sevməyənlər arasında elə mətbuata son dərəcə bağlı olan şəxslər də var. Misal kimi Mətbuat Şurasını göstərmək olar. Məhz Mətbuat Şurasının qəzetlə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətindən sonra son iki ildə qəzetin həm yaradıcı, həmdə maliyyə vəziyyətinə ciddi təsir göstərib. Nəticədə Vergilər Nazirliyi əsassız olaraq qəzetin vergidən qaçdığını əsas gətirərək onu 106 min manat cərimələyib, qəzet iki ilə yaxındır ki, təzyiq altında qalıb. Mətbuat Şurası ilə Vergilər Nazirliyinin qərəz və əsası olmayan fəaliyyəti qəzetimizə qarşı yönəlmişdir. Cəfəri Şirin Abbasqulu oğlu 2006-cı il iyun ayının 6-da vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçərək VÖEN: 6100160032 alıb və 2009-cu ilin iyun ayının 1-dən etibarən "Gündəm Xəbər" qəzetinin təsisçisi bu mətbu orqanı nəşr etdirməyə başlayıb: “Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vergidən yayınma (Cinayət Məcəlləsinin 213-cü maddəsi) ilə istintaq aparmaq səlahiyyəti yoxdur. Azərbaycan Respubiikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Mətbuat Şurası tərəfındən ona edilmiş müraciət üzrə Şirin Cəfərinin əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılmasını rədd etməli və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə cinayət olmadığını bilə-bilə Şirin Cəfərini ağır cinayətdə ittiham etməyinə görə MŞ-ın adından müraciəti imzalamış şəxs barəsində Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə cinayət işi başlamalı idi. Ş.Cəfəri ilə bağlı vergi yoxlaması da qanunsuz keçirilib. Belə ki, növbədənkənar vergi yoxlaması Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin məktubu əsasında keçirildiyi yazılsa da, vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, yəni "vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edİldikdə" adı altında keçirilib. Bütün bunlardan sonra Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Şirin Cəfəri haqqında istintaqı yekunlaşdırıb məhkəməyə göndərməsi məntiqsiz idi. Çünki, hazırda iş 1 Saylı İnzibati-İqtisad Məhkəməsindədir. Bu qəzetin Vergilər Nazirliyinə qarşı iddiası əsasında olan prosesdir. Hazırda məhkəmə ekspertizanın qərarını gözləyir. Bu gün Kəpəz rayon məhkəməsində Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə hakim Yaşar Həşimovun sədrliyi ilə məhkəmə iclası kemiriləcək. Biz bu prosesi azad sözə basqı, mediaya təzyiq hesab edirik. Baş verənlər hakimiyyət üçün beynəlxalq aləmdə də nüfuz gətirməyəcək. “Gündəm Xəbər”in fəaliyyətinə maneçilik törətmək və bu cür addımlarla onun qapadılmasına çalışılmaqdır: “Biz məruz qaldığımız ittihamlarla razılaşa bilmərik. Məhz bu səbəbdən də, məhkəmə qarşısında iddia qaldırmışıq. Biz həm səyyar vergi yoxlanılması aktının etibarsız elan hesab edilməsini, həm də, məsuliyyətə cəlb olunması haqqında qərarın ləğvi məsələsini qoymuşuq. Tələbimizin əsası da var. Çünki səyyar vergi yoxlanması keçirilib və sonda akt tərtib edilib”. “Gündəm Xəbər” kollektivi öz haqqını sona qədər müdafiə edəcəyini bəyan edir: “Əgər haqqımız burada təmin edilsə, əlavə şikayət verməyəcəyik. Yox, əgər təmin edilməsə, şübhəsiz ki, Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyik”" Geri qayıt |