Əsas Səhifə > Hadisə > CƏLİLABADDA AĞIR YOL QƏZASI BAŞ VERİB

CƏLİLABADDA AĞIR YOL QƏZASI BAŞ VERİB


4-04-2013, 09:34
CƏLİLABADDA AĞIR YOL QƏZASI BAŞ VERİB
HADİSƏ YERİNƏ FHN ƏMƏKDAŞLARI DA CƏLB OLUNUB

DİA.AZ: - Cəlilabad rayonu ərazisində Ələt-Astara yolunun 133-cü kilometrliyində ağır yol qəza hadisəsi baş verib və hadisə nəticəsində dünyasını dəyişmiş sürücü maşınında sıxışıb qaldığından hadisə yerinə FHN əməkdaşları da çağrılıb. DİA.AZ bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində yer almış məlumata əsasən xəbər verir.

Nazirliyin məlumatında qeyd olunur ki, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ilə "Mercedes" markalı yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər müvafiq qaydada deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:49-da başa çatıb.

Geri qayıt