Əsas Səhifə > Gündəm, Manşet > ƏLİ HƏSƏNOVA QARŞI SƏRT İTTİHAM

ƏLİ HƏSƏNOVA QARŞI SƏRT İTTİHAM


2-12-2011, 13:05
ƏLİ HƏSƏNOVA QARŞI SƏRT İTTİHAM

«O, JURNALİSTLƏRİ HAKİMİYYƏTİN DÜŞMƏNİNƏ ÇEVİRİR»

DİA.AZ: - Keçən günlərdə Prezident administrasiyasının şöbə müdiri Əli Həsənovun müxalif mətbuatla yanaşı, eyni zamanda hakimiyyətin siyasətini dəstəkləyən mətbuata qarşı da bir savaş elan etdiyi barədə məlumatlar yaymışdıq. Bildirmişdik ki, hətta Prezident Administrasiyasının rəsmi orqanı olan «Respublika» qəzetini belə hədəfə alan PA rəsmisinə qarşı uzun müddət «İpəkçi» və «Şəkinin səsi» qəzetlərinin rəhbəri olmuş Salis Məmmədov da müqavimət göstərməyə çalışsa da, onun haqq səsini kimsə eşitməyib.

Dünyasını dəyişdikdən sonra da mərhum həmkarımızın ailə üzvlərinə qarşı basqılar bitməyib. Bu barədə isə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) ötürülən məlumatlardan bəlli olur.

Mərhumun oğlu, hazırda atasının yolunu davam etdirən Aydın Məmmədovun (Salis) sözlərinə görə, «Şəkinin səsi» və «İpəkçi» qəzetlərinə qarşı təzyiqlər günü bu gün davam etməkdədir: «Qəzetimizə müxtəlif üsullarla təzyiq edirlər, hədə-qorxu gəlirlər. Yəqin maraqları odur ki, biz də İlham Əiyevə qarşı gedək. Çünki bu vaxta qədər Əli Həsənov hakimiyyətin yanında olan onlarla jurnalisti İlham Əiyevə qarşı çevirib, iqtidara düşmən edib».

Daha sonra Aydın Məmmədov bildirir ki, Əli Həsənovun şəxsi ədavətdən yaranan təzyiqləri dünənə qədər iqtidarın yanında olan jurnalistləri düşmənə çevirib: «Sonda da həmin jurnalistləri həbs etdirib, hakimiyyəti beynəlxalq təşkilatlarla üz-üzə qoyur. Bunların hamısını edən Əli Həsənovdur. Onun yeganə məqsədi Azərbaycanı biabır etməkdir. Həbs edilmişvə yaxud da qətlə yetirilmiş bütün jurnalistləri hakimiyyətlə üz-üzə qoyan Əli Həsənovdur. Tədqiqatlar da göstərir ki, həm Əvəz Zeynallı, həm Eynulla Fətullayev əvvəl iqtidara qarşı sərt mövqedə olmayıblar. Şübhə etmək olmaz ki, xarici mətbuata ötürülən «donos»ların da müəllifi elə Əli Həsənovdur».


Geri qayıt