Əsas Səhifə > Cəmiyyət > ŞEYXDƏN AŞURA XƏBƏRDARLIĞI

ŞEYXDƏN AŞURA XƏBƏRDARLIĞI


2-12-2011, 12:52
ŞEYXDƏN AŞURA XƏBƏRDARLIĞI

“ZƏNCİR VURMAQ, QAN ÇIXARMAQ, KÜÇƏLƏRƏ ÇIXIB, SƏS-KÜY SALMAQ ŞƏRİƏTƏ UYĞUN DEYİL”

“Məhərrəmlik ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası olub.

Mən bir daha deyirəm ki, əgər dinə, Allaha, “Qurani-Kərim”ə hörmət edirlərsə, təziyələr İmam Hüseynin istədiyi formada keçirilsin. Yəni zəncir vurmaq, qan çıxarmaq, küçələrə çıxıb, səs-küy salmaq olmaz. Çünki bu bizim şəriətə uyğun deyil”. APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə Azərbaycan xalqını Aşura günü keçiriləcək qanvermə aksiyasında qan verməyə dəvət edib. Şeyxülislam deyib ki, bu gün Səhiyyə Nazirliyində QMİ nümayəndələrinin də iştirakı ilə qan vermə aksiyasının təşkili ilə bağlı toplantı keçiriləcək. Onun sözlərinə görə, aksiyanın keçirilməsi üçün məscidlərdə xüsusi yerlər ayrılacaq.


Geri qayıt