Əsas Səhifə > Ölkə, Manşet > ABBAS ABBASOV «RAZBORKA» ÜÇÜN BAKIYA GƏLİR
ABBAS ABBASOV «RAZBORKA» ÜÇÜN BAKIYA GƏLİR2-04-2013, 14:34 |
RATİ SƏDRİNİN YAXINLARI TƏHLÜKƏDƏDİR DİA.AZ: - Son günlər Kremlin Azərbaycana qarşı təzyiq rıçağı kimi düşündüyü «Milyarderlər ittifaqı»nın işində yaxından iştirak edən və artıq bu səbəblərdən yaxın qohumlarını belə zərbə altında qoymaqdan çəkinməyən, Azərbaycan baş nazirinin keçmiş müavini, «Azerros» Ağsaqqallar Şurasının sədri, Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri Abbas Abbasov Azərbaycana gəlməyə hazırlaşır. Bu məlumatı DİA.AZ-a Rusiyadakı həmvətənlərimiz verib. Qaynaq bildirir ki, Abbas Abbasovun Bakıya səfər tədarükü son günlər baş verən olaylarla birbaşa əlaqəlidir: «Məlumdur ki, RATİ sədrinin yaxın qohumları təzyiqlərlə üzləşib. Hələ bilinəni odur ki, bir qohumu həbs edilib. Amma Abbasovlara yaxın olan iş adamları da hədəfdədir. Eyni zamanda baş nazirin keçmiş müavininin deputat oğlunun aqibəti də sual altına düşüb». Xatırladaq ki, bir neçə gün əvvəl yerli KİV-də Aydın Abbasova qarşı cinayət işinin açılacağı söylənilirdi və bildirilirdi ki, bir sıra maxinasiyalarda adı hallandırılan Aydın Abbasovun deputat toxunulmazlığı da götürülə bilər və hətta onun mandatının ləbvi belə gündəmdədir. Məhz bu kimi problemlər səbəbindən Abbas Abbasovun rəsmi Bakı ilə danışıqlar üçün Bakıya gəlməyə hazırlaşdığını bildirən mənbəmiz səfər vaxtını açıqlamasa da, yalnız bir məqamı vurğuladı ki, Abbas Abbasov Azərbaycana birbaşa olaraq Kremlin təminatı altında gələcək: «Çünki onun özünə qarşı da addımlar atıla bilər. Yəni münasibətlər bu gərginlikdədir». Geri qayıt |