Əsas Səhifə > Cəmiyyət > QAREGİN PAŞAZADƏDƏN RAZI QALIB

QAREGİN PAŞAZADƏDƏN RAZI QALIB


1-12-2011, 18:21
QAREGİN PAŞAZADƏDƏN RAZI QALIB

ERMƏNİ KATALİKOSU ŞEYXƏ MƏKTUB YOLLADI

Bütün ermənilərin katolikosu II Qaregin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərib.

APA-nın məlumatına görə, Qaregin MDB ölkələri Dinlərarası Şurasının Rəyasət Heyətinin Ermənistanda keçirilən iclasında Şeyxülislamı görməkdən məmnun olduğunu bildirib. Qaregin vurğulayıb ki, ruhani liderlərin görüşü və region xalqlarını narahat edən problemləri birgə müzakirə etmələri mövcud problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə mühüm bir töhfədir.

“Moskva və bütün rusların patriarxı I Kirilin vasitəçiliyi ilə keçirilən əvvəlki görüşlərimiz, xalqlarımıza və hökumətlərimizə ünvanlanmış sülh çağırışları sülhün qorunması və etimad mühitinin qorunması istiqamətində mühüm addım olub. Bizim İrəvandakı görüşümüz və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə etməyimiz, o cümlədən müştərək bəyanatımız heç şübhəsiz ki, xalqlarımızda müsbət reaksiya doğuracaq, tolerantlığın və qarşılıqlı anlaşma ruhunun möhkəmləndirilməsinə səbəb olacaq”, - deyə məktubda bildirilib.

Qeyd edək ki, Allahşükür Paşazadə noyabrın 28-də MDB ölkələri Dinlərarası Şurasının Rəyasət Heyətinin İrəvanda keçirilmiş toplantısında iştirak edib. Toplantıya Moskva və bütün rusların patriarxı I Kiril də qatılıb. İclasın yekununda bütün ermənilərin katolikosu II Qaregin, Moskva və bütün Rusiyanın patriarxı Kiril və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə tərəfindən Bəyannamə imzalanıb.


Geri qayıt