Əsas Səhifə > Hadisə > BAKIDAKI DƏNİZ LİMANINDA FACİƏ

BAKIDAKI DƏNİZ LİMANINDA FACİƏ


1-04-2013, 10:09
BAKIDAKI DƏNİZ LİMANINDA FACİƏ
Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xəzər Dəniz Gəmiçiliyinin Zığ qəsəbəsində yerləşən quru yük daşıma limanının 3 saylı körpüsündə orada işləyən Məcidov Həmid Dilsuz oğlu yıxılıb.

Kranda təmir işləri apararkən çilingər H.Məcidov yüksəklikdən yıxılıb. Ağır xəsarətlər aparan işçi xəstəxanada dünyasını dəyişib.

Faktla əlaqədar araşdırmalar aparılır.

Geri qayıt