Əsas Səhifə > Partiya > İLYAS İSMAYILOV QURULTAYA GEDİR

İLYAS İSMAYILOV QURULTAYA GEDİR


1-04-2013, 09:55
İLYAS İSMAYILOV QURULTAYA GEDİR
ƏDALƏT PARTİYASI QƏRAR VERDİ

Millət vəkili İlyas İsmayılovun sədri olduğu Ədalət Partiyası Siyasi Şurasının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda son günlər ölkədə, regionda və dünyada baş verən hadisələr, iqtidar-müxalifət münasibətləri və partiyadaxili vəziyyət xüsusi müzakirə mövzusu olub. Siyasi Şura üzvləri Türkiyə-İsrail münasibətlərindəki müsbət dəyişikliklər, ABŞ-ın Milli Demokratiya İnstitutu və ATƏT-in Bakı ofisinin fəaliyyəti ilə bağlı yaranmış gərginlik, müxalif düşərgədəki fəallaşma və birləşmə meylləri, gənclərin siyasi proseslərdə artan rolu, eləcə də Ədalət Partiyasının fəaliyyətinin gücləndirilməsi zəruriliyi ilə bağlı mövqelərini bildiriblər.

Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

İclasda partiya Ali Məclisinin aprelin 6-da keçirilməsi nəzərdə tutulan toplantısının gündəliyi müəyyənləşdirilib və qərara alınıb ki, növbəti qurultayın keçirilməsi ilə bağlı zəruri hazırlıq işlərinə start verilsin.

Geri qayıt