Əsas Səhifə > Cəmiyyət, Manşet > SABİQ REKTORUN BARƏSİNDƏ ŞOK FAKTLAR

SABİQ REKTORUN BARƏSİNDƏ ŞOK FAKTLAR


1-12-2011, 15:31
SABİQ REKTORUN BARƏSİNDƏ ŞOK FAKTLAR

MƏHKƏMƏ NİYƏ MUĞAN SALAHOVUN 3 İL SONRA DOĞULMASI BARƏDƏ QƏRAR ÇIXARIB?

5 may 2009-cu ildə "Respublika" qəzetinin 8-ci səhifəsində pasportunun və digər sənədlərinin itməsi barədə elan dərc etdirən rektor həmin dövrdə Moskva şəhərinə 4-5 dəfə necə gedib-gələ bilib?

Təhsil naziri Misir Mərdanovun ölkədə saxta diplom qalmaqalına aydınlıq gətirilməsi və bu diplomlarla bağlı araşdırmalara son verilməsinə hazırlıq görülməsi ilə bağlı verdiyi açıqlama məni neçə gün əvvəl redaksiyaya daxil olmuş şikayət məktubuna daha tez reaksiya verməyə vadar etdi. Söhbət Moskva Açıq Universiteti Bakı filialının rəhbərliyinin bəzi hərəkətlərinə Moskvadan gələn dəstəkdən gedir. Təbii ki, nazir M.Mərdanovun saxta diplomlara münasibətinin üstündən, istər-istəməz neçə il əvvəli də xatırlamaq lazım gəlir. Azərbaycanın Təhsil Nazirliyi birdən-birə bu universitetin saxta olmasını ortaya qoydu. Amma on ildən çox fəaliyyət göstərmiş bir universitetin saxta fəaliyyəti niyə bu müddətdə nazirliyin diqqətindən kənarda qalıbmış? Bu suala sonra cavab axtarmağa çalışacağıq. Hələlik isə qayıdaq Muğan Salahovdan şikayətçi xanımın söylədiklərinə...

Saxtalığın izi ilə

...Bəli, MAU-nun rektorunun erməni Eduard Saturyan olduğu artıq bu universitet bağlanandan sonra bəlli olub. Amma pul verib övladını savadsız və saxta diplomlu etmək istəyən valideynlərin sayı-hesabı hələ də çoxdur. Vaxtilə böyük pullar hesabına alınmış diplomlar isə adi kağız parçasıdır, heç bir yerdə işə yaramır.

Məlum olduğu kimi, aldanmış həmin valideynlərin bir müddət əvvəl dövlət orqanlarına çoxsaylı şikayətlərindən sonra Muğan Salahov həbs olundu. Deyilənə görə, az sonra isə Moskva Açıq Universitetinin rektoru olan Eduard Saturyanın dəstəyi sayəsində Muğan Salahov həbsdən azad edildi. Valideynlər isə öz pullarını tələb etməyə başladılar. Zəngilandan olan məcburi köçkün Muradova Həvva Fətiş qızının başına gətirilənlər isə lap nağıla bənzəyir. Məlum olur ki, Hava Muradova məhkəmə hökmü ilə MAU-nun keçmiş Bakı filialinın rektoru Muğan Salahovun qardaşı oğlu, həmin dövrdə filialda dekan kimi çalışan Rafiq Salahovun ucbatından bir il bir ay müddətinə azadlıqdan məhrum edilib. Bu günlərdə həbsdən azad olunan H.Məmmədova haqqını tələb etməkdədir. Məsələ ondadır ki, rektor məsələ istintaq səviyyəsinə yetişəndə qadını qabağa verib, bütün ¸perevod"ları və qəbulları onun əli ilə edirmiş.

Həvva Məmmədova deyir:

- İlk gündən Muğan Salahovun qardaşı oğlu və dekan olmuş Rafiq Salahov mənə demişdi ki, nə qədər tələbə olsa, problem yoxdur, gətir universitetə düzəldim. Hər tələbəyə görə 8 min manat pul istəyirdi. Mənə deyirdi ki, "optovoy" gətirsən sənə hörmət edəcəm. Mən Rafiqin dilinə inanıb 4 nəfərin pulunu 8 min manatdan toplayıb ona verdim. Sonralar valideynlər gəlib məndən tələb edəndə ki, uşaqlar niyə dərsə getmir, mən Rafiqin yanına getdim. Rafiq mənə dedi ki, verdiyin pul bir tələbənin puludur, qalan pulu sən mənə verməmisən. Mən hörmətli bir adamı Rafiqin yanına göndərdim ki, ya uşaqları universitetə düzəltsin, problemi həll etsin, ya da pulları qaytarsın. Rafiq isə həmin şəxsə demişdi ki, həmin pulu hüquq-mühafizə orqanlarına verərəm, sizə yox...Elə də oldu. Valideynlərdən biri- ərsiz qadın olan Rüxsarənin Daxili İşlər Nazirliyinə verdiyi şikayət ərizəsi Elburus Əliyev adlı müstəntiqə verildi. Eşitdiyimə görə, həmin şöbədə Rafiqin qohumu olan Kəlbəcərli Yusif Əhmədov çalışırdı. Onlar da şikayəti araşdırmaq əvəzinə Nərimanov rayonu 18-ci polis bölməsinə göndərdilər. İşi Rafiqin yaxın adamlarından biri Zabit adlı müstəntiqə ötürdülər. Amma iş qəlizə düşdü, problem həll olunmadı. Və məsələ elə oradaca qapandı. Sonralar isə bir neçə dəfə uşaqların valideynləri olan Rüxsarə Həsənovanı, Allahverdi Bağırovu və başqalarını həmin universitetə aparmışam. Rafiq Salahov valideynlərin yanında seyfi açaraq uşaqların sənədlərini qaytardı. Pulla bağlı isə bildirdi ki, guya mən ona pul verməmişəm. Burada mübahisəmiz düşdü...

- Muğan Salahovu kimin xahişi ilə azadlığa buraxıblar?

- Nərgiz xanım Paşayevanın rəhbəri olduğu universitetin adından necə sui-istifadə edilirmiş?

- Göygöl rayon Məhkəməsi 17 dekabr 2009-cu ildə niyə Muğan Salahovun 1941-ci ildə yox, 1944-cü ildə anadan olması barədə qərardad çıxarmışdı?

- Bəs Muğan Salahovun əl xətti ilə yazdığı tərcümeyi-halında doğum tarixi neçənci il göstərilib?

- M.Salahov 7 yaşında orta məktəbi bitiribmi?

- 5 may 2009-cu ildə "Respublika" qəzetinin 8-ci səhifəsində pasportunun və digər sənədlərinin itməsi barədə elan dərc etdirən rektor həmin dövrdə Moskva şəhərinə 4-5 dəfə necə gedə bilib?

(Ardı var)

Səbuhi

Geri qayıt