Əsas Səhifə > Şou-biznes > SAMRİNADAN YENİLİK

SAMRİNADAN YENİLİK


22-09-2011, 16:40
SAMRİNADAN YENİLİK

DAHA BİR GƏNC MÜĞƏNNİ AYGÜNÜN YOLUN TUTUB

Bu günlərdə məlumat verildi ki, xalq artisti Aygün Kazımovanın yeni duet ortağı məlum olub. Həmin şəxsin isə gənc müğənni Samrina olduğu söylənildi.

Belə kİ, müğənni Samrina Türkiyəyə istirahətə getməli idi. Amma təsadüfən Aygün xanımın Türkiyədə, Bodrumda olduğunu bildi və oraya yola düşdü”.

Aygün Kazımova ilə Samrinanın duet razılığına gəlməsinin səbəbləri barədə isə bunlar deyilib. Bu barədə gənc müğənninin prodüseri danışıb:

"Samrina Bodrumda olduğu ikinci gündə mənimlə əlaqə saxladı. Dedi ki, artıq Aygün xanımla bir yerdəyik. Çox gözəl, mehriban və səmimi ünsiyyətimiz var. Mən də Samrinaya dedim ki, əgər imkan olsa, Aygün xanıma onunla duet oxumaq istədiyini təklif et. Samrina Aygün xanıma təklifini bildirib və nəticəsi də uğurlu alınıb. İnşallah, duet olacaq. Bunun üçün Samrina Aygün xanıma öz minnətdarlığını bildirir".

Prodüser duetlə bağlı Aygün Kazımova ilə əlaqə saxladığını və duetin xalq artistinin klip çəklişindən sonra baş tutacağını dedi:

"Aygün xanımla özüm də əlaqə saxlamışam. Aygün xanım mənə dedi ki, klip çəkilişim var. Onu bitirdikdən sonra duet mahnını seçib ifa edəcəyik. Aygün xanım hər hansı mahnını təklif etsə, Samrina onu da ifa edəcək".

Qeyd edək ki, eyni vəziyyət Türkiyə şou-biznesində olmuşdu. Belə ki, müğənni Rafet El Roman fanatı Yusuf Güney ilə çıxış etmişdi.

Onu da xatırladaq ki, Aygün Kazımova Azərbaycan şou-biznesində hər zaman yenilikçi olub. Məsələn, o, ilk dəfə səhnədə soyunan müğənni kimi də diqqətə gəlib. Ondan sonra isə yalnız müğənni Röya bu cəsarətli addımı atıb. Görəsən, Samrina necə, fanatı olduğu Aygündən bu cəsarətidəmi əxz edəcək?


SAMRİNADAN YENİLİK
Geri qayıt